Nizaminin ad günündə
Ey Nizami, şairlərin
sultanı,
Sən ən böyük
ustaların birisən.
Səkkiz əsr öncə gəldin dünyaya,
Hamı öldü, sən hələ də dirisən.
Qələm etdin lələyini
ağ qazın,
Bu dünyanı heyran etdi hər yazın.
Karvanlara yol göstərir
mayak tək
Mavzoleyin güneyində Qafqazın.
Sən dirisən bu gün doğma
elində,
Şeirlərin Azərbaycan dilində.
Ey Nizami, mən
şerinin vurğunu,
Salamlaram səni, Səməd Vurğunu.
Qoltuqağaclı igid
Mən ağaclı bir igidi gördüm
də,
Qəsdən ona bu
sualı verdim də:
- Söylə, dostum, hardadır bir ayağın,
Harda onu bada
verib gəldin də?
İgid imiş, cavab verdi
o saat:
- Görürsən ki, bir ayağım yerində,
Sizinkilər qalsın deyə salamat,
İkincini qoyub gəldim
Berlində!
Alma bağında
Qılınc, xəncər qurşandı,
Bir qoç igid at minib.
Çıxdı alma bağından
Cavan gəlin şad, gülüb.
İgid dedi yarına:
- Bağ qoruyub, qəm çəkdim,
Mənə alma bağında
Sən neçə cür gül əkdin?
Dedi ona gəlincik:
- Bağı tez-tez yoxladım,
Gülü sənə bağda yox,
Ürəyimdə saxladım.
Gün bu sözdən
nur aldı,
Güldü alma, güldü
bağ.
İki ürək bir oldu,
Mahnı dedi kefi
çağ.
Yaylıq
Müqəddəs bir andımdır,
Peymanımdır bu yaylıq.
Bürü ona qəlbini,
Uzun çəksə ayrılıq.
Bu ləkəsiz yaylığa
Göz yaşımı tökmüşəm.
Canım, onu məndən
al,
Sənin üçün tikmişəm.
Eli qoru yağıdan,
Kaş ki, sənə
yarasın.
Lazım olar sarmağa
Biləyinin yarasın.
Bəlkə onda bu
yaylıq
Qızıl qana boyanar.
Yara gəlsə bəd xəbər,
Tez yuxudan oyanar.
Vətən üçün, sən üçün
Dağı-daşı çaparam.
Keçib neçə təpə, dağ
Axır səni taparam.
Qanın hopan bu
yaylıq
Sonda bizi bağlayar.
Bu yaylıqda bir sirr var,
Mahnı olub çağlayar.
Oxu, oxu, bülbülüm
Oxu, oxu, bülbülüm,
Nəğmə axsın dilindən.
Dan quşları zövq alsın
Sənin şirin ünündən.
Oxu, oxu, bülbülüm,
Tale quşu inləsin.
Göydə durna, göldə
qaz
Susub səni dinləsin.
Oxu, oxu, bülbülüm,
Səda versin uca
dağ.
Qalın meşə dincəlsin,
Çiçək açsın bağça-bağ.
Oxu, oxu, bülbülüm,
İnci taxsın gümüş su.
İpək kimi oxşansın
Gənc qızların duyğusu.
Oxu, oxu, bülbülüm,
Heyran qalsın altın gün.
Bəhs eləsin ulduzlar
Macərandan gecə - tün.
Oxu, oxu, bülbülüm,
Səsin yurdda çağlasın.
Yad eldəki qəriblər
Yaylıq alıb ağlasın.
Oxu, oxu, bülbülüm,
Qoy çin olsun diləyim.
Sən cəh-cəh vur, sirdaşım,
Mən də şeir
söyləyim.
Susma, oxu ilhamla,
Qoyma səsin üzülsün.
Mən səs verim səsinə,
Söz mərcanı düzülsün.
Can susayar xoş səsə,
Ruha qida - xoş
avaz.
Bu xalq üçün, el üçün,
Ha oxusaq, yenə az.
Qasım Amanjolov
Qazax dilindən tərcümə edəni:
Ramiz Əskər
Ədəbiyyat qəzeti.- 2011.- 26
avqust.- S.3.