Soxulcan
Qarmağa keçirilib
Həmişə
versə də can.
Çox
balığın başını
Səssiz
yedi soxulcan.
Ehtiyat təkər
Yaman xam öyrənmişdi
Bu ehtiyat
təkəri; -
Daima
kürəklərdə
Gəzmək
idi şakəri.
Aldanan köpək
Üstündə
sümük verib
Köpəyi
aldatdılar,
Boyunbağı
adına
Boz xaltanı satdılar.
Sürüyə
girişdi
Aşkarlıq
canavarı
Çox məmnun
eləmişdi:
Günün günorta çağı
O,
sürüyə girmişdi.
Zəhmətsevən
kəlbətin
-
Zəhmətsevənəm - deyib
Hamını
dişləyirdi;
Kəlbətin
başqasını
Sıxmaqla
işləyirdi.
Mənasız
"yaxşılıq"
Ata bağışladılar
Yaşıl
otu, çəməni -
Ancaq
çıxarmadılar
Ağzındakı
yüyəni.
"Həssas"
yamaq
Özünü çox dartırdı,
Şişirdirdi hey yamaq, -
Deyirdi: - Asan
deyil
Kasıbları
anlamaq.
Ocaq hərarəti
Günəş
olmağa
Çalışdı
ocaq, -
Yandığı
yeri
Qaraltdı
ancaq.
Toyuq çaşqınlığı
Toyuq baş
açmayırdı
Nə
hoqqadı, nə sirdi?
Tülkü
hinin önündə
Əlində
gül gəzirdi.
Kömür un kisəsində
Kömür
girmişdi
Un kisəsinə, -
O
üzüqara
Qayıtdı
yenə.
Qoyun kütlüyü
Görüb
qurdun yurdunda
Asılmış
dərisini -
Qoyun fikrə
getsə də,
Anlamadı
dərsini.
Kəlbətin öyüdü
Həyatda gərək
Olasan mətin.
Öyüd
verirdi
Mıxa
kəlbətin.
Dil tökən tülkü
Tülkü
azmanı
Tutmuşdu
dilə;
Qəsdi bu
idi
O, minsin filə.
Torun verdiyi azadlıq
Tor dedi: -
Sevir
O,
azadlığı
Sudan quruya
Atdı
balığı.
Düzlüyün düşməni
Baxıb nəhəng
qatara
İlan
ağız əyir ki:
- Bu hərif
hey düz gedir,
Qıvrıla bilməyir ki...
Açılmayan tüfəng
Tüfəng çiynində gəzib,
Günlərini sayırdı;
Dovşanın əlindəydi, -
Heç vaxt açılmayırdı.
Dəvət
Çaqqalın iradını
Çatdırdılar kəkliyə:
- Qayalıqda dolanır, -
Hinə gəlməyir niyə?
Nar riyakarlar əlində
Əvvəlcədən möhkəmcə
Sıxmış idilər narı.
Dedilər ki, süfrəyə
Gəlməyə yoxdur halı.
Mərkəz Qacar
Ədəbiyyat qəzeti.- 2011.- 26
avqust.- S.4.