Düşür
Yadından çıxmışam ana vətənin, -
Gərək barmağına sap bağlayaydım.
Məmməd İsmayıl
Zamanın acısın biz çəkirik,
biz, -
Acı görməyənə
sədəf, dürr düşür.
Bircə
damlasını qıymayır
bizə, -
Kimə Araz düşür, kimə Kür düşür.
Axı yarandığım günə
nə deyim,
Qəm üstə köklənib
yaralı neyim;
Uğursuz şeirdi mənim
taleyim, -
Ya duyğu
çatışmır, ya
fikir düşür.
Nə deyim bu qanlı
fələyə, Məmməd,
Yol açır hər dürlü kələyə,
Məmməd;
Dovşana qurulan tələyə,
Məmməd,
Möcüzə olanda, gəlib şir düşür.
Sənə yalvarıram, haçandan
sənə,
Bilirsən bağlıyam mən
candan sənə;
Sitəmlər verdiyin insandan sənə,
Tanrım, özün söylə gör, zikir düşür?
Ədalət istədim, ədalət
Haqdan,
Odu var eləyən hər şeyi yoxdan;
Narazı
olsam da taledən, baxtdan,
Dilimdən Allaha çox şükür düşür.
Dilini bilsəm də qayanın, daşın,
Heç
vaxt ayrılmadı bəladan başım;
Kiminə
ev gəlir,
kiminə maşın,
-
Dayandur Sevginə
təşəkkür düşür.
Telefon zəngimə
cavab verməyən bir
xanıma
Əllərin üzündə qalar,
ilahi
Bəşər gözləriynən baxsan
rəngimə.
Nolar bu gözələ insaf verginən,
Bircə cavab versin mənim
zəngimə.
Dəryada gəmiyəm, uçub
yelkənim,
Külək yellədikcə əsər
kəndiri.
Asılı qalmışam dar
ağacından,
Bircə "alo" sözü kəsir kəndiri.
Dillənə qəlbinin kaş
sarı simi,
Duyam istisini kövrək səsinin.
Nolardı barmağı kəpənək
kimi
Qonaydı üstünə “yes” düyməsinin.
Bu başda həyəcan, o başda sükut,
Aya-ilə dönür hər keçən anım.
Çağırır, çağırır
telefon - susur,
Bir cavab verməyir qəlbi daş xanım.
Sən bizi sevgidən yaratdın axı,
Ən ülvi
sevgilər adından çıxıb.
Tanrım,
bu gözələ hər şey vermisən,
Bircə
ürək vermək yadından çıxıb…
***
Şeytan
əməlidir bu gözəlliyin,
Tanrı axıtmazdı belə qanları.
Qara kirpiklərin xilas eyləməz,
Dərya gözlərində boğulanları.
Kövrəlsən, gözündən bir
damcı düşsə,
Silməyə hər cibdən bir yaylıq çıxar.
Sən tutub gedərsən vüsal yolunu,
Nədənsə qarşına ayrılıq
çıxar.
Sonuncu nəğməsin oxuyan qu da,
Son dəfə ürəkdən
dinmək istəyir.
Sənin
göz yaşından
sellənən suda,
Kimdir o bəxtəvər - çimmək
istəyir…
Dayandur Sevgin
Ədəbiyyat qəzeti.- 2011.-
2 dekabr.- S.5.