Mən səni gəzirəm
Mən səni gəzirəm itən məhəbbət,
Min yerə yozulan
güman içində.
Bir iynə ucunda işığa həsrət
Gözümün qarası, duman içində.
Mən səni gəzirəm səhrada azan
Dəvə həsrətimin susuzluğunda…
Bir ilan ağzında bəxtini yazan
Bir quş yuvasında, daş oyuğunda.
Mən səni gəzirəm, ötən gəncliyim,
Bəyaz
saçlarımın qar
zirvəsində…
Mən səni gəzirəm dərdim, dincliyim,
Bir səssiz
ölümün buz nəfəsində.
Mən səni gəzirəm əlimdən düşən
Bəxti
çilik-çilik ömür
güzgüsü…
Məni
tanımadı payıma
düşən
Qaralar içində kömür
güzgüsü!..
Mən səni gəzirəm odum, atəşim,
Sinəmdə soyumuş ocaq yerində.
Mən səni gəzirəm, soyuq başdaşım,
Bir dağın məzarlıq
ətəklərində!..
Sevgimin ünvanı
Adsızlıq sevgimin qisməti,
bəxti;
Adını çəkmərəm, sevgi
ünvanım.
Bitməz
bu həsrətin zamanı, vaxtı;
Budur dar ağacım, axır divanım.
Bircə
gün ayrılıq dərdimin qarı,
Məni
dondurammaz qışın
sazağı;
Sənli
duyğularım könlümün
varı,
Sənsizlik yaramın qopan qaysağı.
Bir günlük səyriyən
sərt əsəbinlə
Qılınc şimşəyini ovut sinəmdə.
Sənin
acığınla, kor
qəzəbinlə
Bəlkə işıq yana uçuq binəmdə.
Həsrətin dərdimin çiçəyi,
gülü -
Dərdinin qaysağı qopanlar bilər.
Məni
qaladığın ocağın
külü
Dünyanı ocağa qalaya bilər.
Duyğular güləndə
Bir gün gələr bütün iztirabların arxasınca gülərik.
…Zənnimcə, sözlər qədər bizim yaxın dostumuz yoxdur.
Ona görə də tək-cə düşündüklərimizlə öyünə bilmərik.
Gərək imkan düşəndə
hisslərimizi sözlə
bölüşək…
Gözün güzgüsündə qəlbini gördüm,
Dünyam təzələndi gözlər
güləndə.
Bu dünya gözəldi, yoxsa sən gözəl,
Suallar yox olar, sözlər güləndə.
Haqsız
atdan düşər,
kiriyib gedər,
Yalan qara dönüb əriyib gedər;
Könlümdə duyğular baş
əyib gedər,
Doğrular dil açar düzlər güləndə.
Dumanlar dağılar, çəndən
utanar,
Qızaran üfüqlər səndən
utanar;
Yaxına
gəlməyib gendən
utanar,
Dağlar qucaq açar, düzlər güləndə.
Qar ağlığı nədir
sənin yanında,
Ayın
üzü gülməz
çənin yanında;
Yetişən sünbülsən dənin
yanında,
İllər bar gətirər üzlər
güləndə.
Payızda şum yeri - yazda səməni,
Hələ iz görməmiş duyğu çəməni.
Xələfli, çağırar bir
edam səni,
Oduna yandığın
közlər güləndə.
Əlirza Xələfli
Ədəbiyyat qəzeti.- 2011.-
2 dekabr.- S.5.