Deyirlər kişi ağlamaz
…Deyirlər kişi
ağlamaz,
Kişi
ev yıxar,
eləmi?
Bir qəlbi talan eləyib
Aradan çıxar,
eləmi?
Papağı qoyub başına,
Baxmaz dərya göz yaşına
Zəhəri qatıb aşına
Uzaqdan baxar, eləmi?
Yaxşıca bəhanə olub,
Yağış yağıb quyu dolub.
O qəlbin nəm yeri qalıb,
Allah bağışlar, eləmi?..
Bəlkə də havayı
deyil
Öz-özümlə danışıram,
Sanki iki adam
kimi.
Özümə dəstək oluram
Anam kimi, atam kimi.
Kimsədən umacağım yox,
Təkcə Allahdan savayı.
Alturist adam olmuşam
-
Ömür də keçib havayı.
Bəlkə də havayı
deyil,
Könlümdə bu işıq varsa.
Məni
də sevən çox olar -
O işığı görən
olsa…
Təəssürat
Hara getsən o yerlərdə
Sən istəyən
olurmu?
Hər kəs bir nur
çeşməsitək -
Axıb qəlbə dolurmu?
Lil bağlamış sular kimi,
Heç
durulmur çox adam.
Mən də buzları əridən -
Çalışıram od
olam.
Amma daşa dönür adam,
Ərimir ki, sevgidən.
Halbuki çox zaman ötüb -
Buralardan
biz gedən…
Mina Rəşid
Ədəbiyyat qəzeti.- 2011.-
2 dekabr.- S.5.