Azərbaycan Yazıçılar Birliyinin

Mətbuat xidmətindən

  

Azərbaycan Yazıçılar Birliyi istedadlı hekayələr müəllifi Rafiq Tağının xaincəsinə qətlə yetirilməsinə ürəkdən acıyır və kədərlənir. Rafiq Tağının müəyyən fikirləri ilə razılaşmamaq, qəbul etməmək, onlarla mübahisə etmək olardı. Amma bir yazıçının belə amansızcasına həlak edilməsini hiddət və qəzəblə qarşılayırıq.

Mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk.

Səlahiyyətli orqanların qısa müddətdə Rafiq Tağının qatillərini aşkar edəcəyinə və onların layiqincə cəzalandırılacağına ümid edirik.

 

24 noyabr 2011-ci il

Ədəbiyyat qəzeti.- 2011.- 2 dekabr.- S.3.