“Ədəbiyyat
qəzeti”nə
Hörmətli redaksiya!
1960-cı illərin əvvəllərində mən Yaltada A.P.Çexov adına Yaradıcılıq Evində dincəlirdim. Bir gün 37-ci illərin məlum hadisələri səbəbindən Orta Asiyaya gedib orada yaşamalı olan həmyerlimiz şair Əkbər Ruhi ilə görüşdük. Söhbət zamanı o mənə İranın məşhur şərqşünas alimi Səid Nəfisinin də burada olduğunu bildirdi və bizi tanış edəcəyini dedi. Sonra tanış etdi.
Səid Nəfisi orta boylu, arıq bir kişi idi. Çox zəngin elmi fəaliyyət sahibi olan bu böyük alimlə söhbətlərimizi Əkbər Ruhi özü tərcümə edirdi.
Səid Nəfisi nə üzərində işləməyimlə maraqlandı. Mən Nəriman Nərimanovun yaradıcılığını tədqiq etdiyimi bildirəndə o, gülümsədi, dedi ki, Nərimanov həm də doktor və yazıçıdır. Onun “Nadir şah” tarixi faciəsi ilə tanışam. Mənim də bu mövzuda pyesim var. Sizə göndərərəm.
Mənə ünvanını verdi. Yaxşı yadımdadır ki, o, Tehranda Səid Nəfisi küçəsində yaşayırdı.
Sonralar Moskvaya gedib Lenin adına Mərkəzi Kitabxanada işlərkən Səid Nəfisinin yaradıcılığı ilə maraqlandım. Şərqşünaslıq şöbəsinə gedib onun əsərlərinə dair kataloqla tanış oldum. Son dərəcə heyrətləndim: Səid Nəfisinin həqiqətən çoxcəhətli yaradıcılığa malik alim olduğunu gördüm.
Bakıya qayıdandan bir az sonra xəbər tutdum ki, Səid Nəfisi dünyasını dəyişib.
Böyük şərqşünas alimin keçmiş sovet məkanına səfərdən bu təəssüratını (fars dilindən tərcümə professor Həmid Məmmədzadənindir) “Ədəbiyyat qəzeti”nin oxucularına yetirməyi özümə borc bildim.
Hörmətlə,
Teymur Əhmədov
Ədəbiyyat qəzeti.- 2011.- 2
dekabr.- S.1.