AMEA-da dahi Nizami Gəncəvinin
870 illik yubileyi qeyd edildi
Noyabrın 30-da Azərbaycan Milli
Elmlər Akademiyası
(AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin anadan
olmasının 870 illiyinə
həsr edilmiş elmi sessiya keçirildi.
AMEA-nın müxbir
üzvü Teymur Kərimli Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə
ölkəmizdə və
onun hüdudlarından
kənarda silsilə tədbirlərin həyata
keçirildiyindən danışdı. O qeyd etdi ki, anadan
olmasından 870 il keçməsinə baxmayaraq,
dünya ədəbiyyatının
korifeyi, dahi Nizami Gəncəvinin həyat və yaradıcılığı bu
gün də aktuallığını itirməmiş,
daim tədqiqatçıların,
ictimaiyyətin diqqət
mərkəzindədir. Dünya
ədəbiyyatı tarixinə
yazdığı beş poemadan ibarət "Xəmsə"
("Beşlik") müəllifi
kimi daxil olmuşdur.
Nizami Gəncəvinin
ilkin Şərq intibahının zirvəsi
olan yaradıcılığında
dövrünün ən
humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi
idealları parlaq bədii əksini tapmışdır. Dahi söz ustadı
təsvir etdiyi bütün hadisələri
Azərbaycanla əlaqələndirməyə,
onu tərənnüm
etməyə çalışmışdır.
Şairin yaradıcılığında
vətən məhəbbəti
doğma xalq yolunda qəhrəmanlıq
ideyası ilə birləşir.
Nizami Gəncəvinin
yaradıcılığı humanizmi, yüksək sənətkarlığı ilə
Cənubi Qafqaz, Yaxın Şərq xalqları ədəbiyyatlarının
inkişafına güclü
təsir göstərmiş,
dünya mədəniyyəti
xəzinəsinə daxil
olmuşdur. Şairin əsərləri dünyanın bir sıra xalqlarının dilinə tərcümə
edilmişdir. Əsərlərinin nadir əlyazma nüsxələri
bir çox şəhərlərin (Moskva,
Sankt-Peterburq, Bakı,
Daşkənd, Təbriz,
Tehran, Qahirə, İstanbul,
Dehli, London, Paris və
s.) məşhur kitabxana,
muzey və əlyazmaları fondlarında
qiymətli incilər kimi qorunub saxlanılır.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin olkəyə rəhbərlik
etdiyi dövrlərdə
Azərbaycanın böyük
şair və mütəfəkkiri Nizami
Gəncəvinin ədəbi
irsinin öyrənilməsini,
nəşrini və təbliğini yaxşılaşdırmaq
məqsədilə bir
sıra tədbirlər
həyata keçirilmişdir.
Şairin adının əbədiləşdirilməsi,
yaradıcılığının tədqiqi ən vacib məsələ kimi daim respublika
rəhbərinin diqqət
mərkəzində olmuşdur.
Onun bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Nizami Gəncəvinin 870 illik yubileyinin Rusiya Dövlət Ermitajında
təntənəli qeyd
edilməsi ilə bağlı razılığın
əldə edildiyi, yubiley münasibətilə
Heydər Əliyev Fondu tərəfindən şairin "Xəmsə"sinin
nəfis tərtibatla yenidən nəşr olunacağı vurğulanmışdır.
Tədbirdə "Nizami və
müasirlik", "Nizami
"Xəmsə"sində türklük konsepsiyası",
"Nizami yaradıcılığında
bədii sualın yeri", "Nizami Gəncəvi Həccə
getmişdirmi?" mövzularında
məruzələr dinlənilmişdir.
Ədəbiyyat qəzeti.- 2011.-
2 dekabr.- S.1.