Türkiyədə Azərbaycanın xalq yazıçısı Elçinin

yaradıcılığı haqqında monoqrafiya çap edilib

  

Azərbaycanın xalq yazıçısı Elçinin əsərləri qardaş Türkiyədə geniş yayılmışdır. Ədibin romanları, povest və hekayələri, eləcə də esseləri ölkənin ən nüfuzlu nəşriyyatlarında dəfələrlə nəşr edilmiş, pyesləri Ankara, İstanbul, Konya, Ərzurum və digər şəhərlərin teatrlarında səhnəyə qoyulmuşdur.

Elçinin yaradıcılığı Türkiyə elmi ictimaiyyətinin də diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Atatürk Universitetinin alimi Sedat Adıgözəl Elçinin romanları haqqında tədqiqat işi yazaraq müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmişdir.

Bu günlərdə türkiyəli alim S.Adıgözəlin Ankaranın "Bengü" nəşriyyatında "Elçin. Ədəbiyyat sosiolojisi baxımından romanları" adlı fundamental elmi monoqrafiyası çapdan çıxmışdır.

Kitabda Elçinin "Mahmud və Məryəm", " dəvə" və "Ölüm hökmü" romanları müasir dünya ədəbiyyatı kontekstində geniş tədqiq edilmiş, bu romanların bədii-fəlsəfi və sosioloji xüsusiyyətləri ətraflı təhlil olunmuşdur. Alim bu qənaətə gəlmişdir ki, hər üç roman sovet dönəmində yazılsa da, əslində, onların alt qatı sovet sisteminin üzünü açır və bu romanlar sosialist realizminin yox, böyük ədəbiyyatın nümunələridir.

Monoqrafiyada göstərilir ki, Elçinin romanları və ümumiyyətlə, yaradıcılığı müasir dünya ədəbiyyatında özünəməxsus yeri olan parlaq sənət nümunələrindəndir.

 

Ədəbiyyat qəzeti.- 2011.- 2 dekabr.- S.2.