Xatirələrdə yaşayan insan

         

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində "Abbas Zamanov Fondu"nda mövcud fotolara baxdıqca görürdüşünürük ki, alimin yaşadığı dövrdə ədəbiyyatşünas alimlərlə, türk və cənublu qardaşlarımızla birlikdə olan fotoları sanki tamaşaçılara böyük ustadın nə demək istədiyinə aydınlıq gətirir, bu böyük şəxsiyyətin yaradıcılığı barədə daha çox düşünməyi borc bilir, onun elmi-ədəbi fəaliyyətini tədqiq və təhlil etməyə ehtiyac duyulur.

"Abbas Zamanov Fondu"nda bir-birindən maraqlı və orijinal fotoşəkillər vardır.

Fotoların əksəriyyətini böyük alim, yüksək insani keyfiyyətlərə malik olan, gözəl insan Abbas müəllim muzeyimizə öz dəst-xətti ilə yazıb göndərmişdir. Fotoşəkillərdə tədbirin harada, neçənci ildə, kimlərin iştirakı ilə keçirilməsi, hansı yazıçı və şairlərlə, ziyalılarla birlikdə olması göstərilmişdir.

Tarixilik baxımından kollektiv və tək-tək fotoşəkilləri ardıcıllıqla araşdırıb görkəmli şəxsiyyətlərin adlarının açıqlanmasını oxucuların nəzərinə çatdırmağı ən vacib məsələlərdən biri hesab etdim.

İlk fotoşəkildə Əziz Şərif və Abbas Zamanov dostluğu, qardaşlığı, torpağa bağlılıq, yəni 1965-ci ildə Naxçıvanda olan görüş təsvir edilir.

1966-cı ildə "Bakı" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət xadimlərinin "Molla Nəsrəddin" jurnalının 60 illiyi münasibətilə görüşü keçirilib. Müsahibədə Teymur Qasımov, Süleyman Məlikov, Abbas Zamanov, Sona Hacıyeva, Cəfər Cəfərov, Mustafa Mərdanov, Əliməmməd Mustafayev, Qəzənfər Xalıqov, Müdhət Ağamirov, Əziz Mirəhmədov, Məmmədli Nasir, İsmayıl Axundov, Əli Xəlilov, Şamil Qurbanov və başqaları iştirak etmişlər.

Azərbaycan Yazıçılar İttifaqının VII qurultayı 1981-ci ildə Bakıda keçirilmişdir. Abbas Zamanov həmin qurultayın iştiarkçısı olmuşorada çıxış etmişdir. Qurultayda Azərbaycanın bir çox görkəmli yazıçı və şairləri iştirak etmişlər.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Molla Nəsrəddin" jurnalının ilk sayının nəşr olunmasının 75 və 80 illiyi münasibətilə keçirilən tədbirlərdə C.Məmmədquluzadə tədqiqatçılarından Məmməd Cəfər Cəfərov, Qulam Məmmədli, Mirzə İbrahimov, Abbas Zamanov, Anar, Azərbaycanın xalq yazıçısı və şairlərindən Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Hüseyn Abbaszadə, Elçin Əfəndiyev, Cabir Novruz və başqaları iştirak etmişlər.

1981-1982-ci illərdə Bakıda M.Ə.Sabirin heykəli önündə Sabir Poeziya günləri keçirilmişdir. Sabir irsinin öyrənilməsində xüsusi xadimləri olan tədqiqatçı alim Abbas Zamanov, görkəmli ədəbiyyatşünas alimlərdən, yazıçı və şairlərdən Bəkir Nəbiyev, Qasım Qasımzadə, Balaş Azəroğlu, Həmid Məmmədzadə, Süleyman Rəhimov, Rəsul Rza, Cahangir Aslanoğlu və başqaları poeziya günlərinin iştirakçısı olmuş, çıxışlar etmişlər.

1982-ci ildə Hüseyn Cavid cənazəsinin qalıqları Uzaq Sibirdən vətəni Naxçıvan şəhərinə gətirilmişdir. Naxçıvan hava limanında qonaqları Muxtar Respublikanın rəhbər işçiləri qarşılamışdır. Sonra çıxışlar olmuşdur. Abbas müəllim orada çıxış etmişdir.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 1984-cü ildə şair, dramaturq, filosof H.Cavidin anadan olmasının 100 illik yubileyi təntənəli surətdə keçirilmişdir. Yubileyə gəlmiş qonaqlardan tacik şairi Bozorq Sabir, özbək şairi Seyidəhməd Xusancanov, professor Qulu Xəlilov, Abbas Zamanov, Turan Cavid və başqaları şairin məzarını ziyarət etmiş, əklil qoymuşlar.

Azərbaycan Dövlət Dram Teatrında 1984-cü ildə xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 70, 1986-cı ildə xalq şairi Süleyman Rüstəmin 80, 1987-ci ildə xalq artisti, Dövlət mükafatı laureatı Sidqi Ruhullanın 100 illik yubileyi geniş qeyd edilmişdir.

Yığıncaqda ədəbiyyatşünas alimlərdən, yazıçı və şairlərdən - Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, İlyas Əfəndiyev, Bəkir Nəbiyev, Bayram Bayramov, Balaş Azəroğlu, Hüseyn Abbaszadə, Elçin, Cabir Novruz, Nəbi Xəzri, Mehdi Məmmədov, Məlik Dadaşov, Həsən Turabov, Mikayıl Mirzə iştirak etmişlər.

Abbas müəllim ilk təhsilini böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin vaxtilə dərs dediyi Baş Noraşen kənd məktəbində almış, bu məktəbin yetirməsi olmuşdur.

Hazırda məktəb 1987-ci ildən ədibin pedaqoji fəaliyyətə başlamasının 100 illiyi münasibətilə Cəlilkənd Cəlil Məmmədquluzadə Xatirə muzeyi kimi fəaliyyət göstərir. Yeni fəaliyyətə başladığı ilk günlərdə professor Abbas Zamanov bir qrup ziyalılarla birlikdə muzeydə olmuş, kitablarını, sənədlərini muzeyə hədiyyə olaraq bağışlamışdır.

Muzeyin fondunda alimin Ərzurumdan gələn qonaq Əli Yavuz Akpinarla, Cənubi Azərbaycan şairi Səhəndlə, Hüseyn Sədiqlə, Venetsiya Universitetinin professoru Campiyaro ilə birlikdə olan foto-şəkilləri 1968-1982-ci illərdə çəiklmişdir. Abbas müəllim qonşu ölkələrlə olan əlaqələrini hələ çətin illərdə Türkiyə və İran ziyalıları ilə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimlərinin dostluğunun qırılmaz tellərlə bağlı olduğunu bir daha sübut etmişdir.

Abbas müəllim Naxçıvan ziyalılarının və muzey kollektivinin ən çox hörmət bəslədiyi bir şəxsiyyət idi. O, Naxçıvana gələndə həmişə tədbirlərdə iştirak edər, Naxçıvan Dövlət Universitetinin müəllim heyəti və muzey kollektivi ilə birlikdə şəkillər çəkdirərdi.

Qarşıdan Abbas Zamanovun 100 illik yubileyi gəlir. Biz muzey işçiləri çalışacağıq ki, Abbas müəllimin xəzinəsindən bəhrələnib geniş tərtibatlı sərgi hazırlayaraq, tədbirlər keçirək, böyük şəxsiyyəti yad edək.

Abbas müəllim haqq dünyasına qovuşdu. O, bir ziyalı, maarifpərvər, ədəbiyyatşünas alim, qeyrətli vətəndaş kimi öz borcunu yerinə yetirərək zəngin xəzinəsini bizim muzeyimiz üçün hədiyyə qoyub getdi.

1993-cü ildə Abbas müəllim vəfat edəndə xalq yazıçısı Elçin yazmışdı: - "İllər keçəcəkAbbas müəllimi tanıyan sonuncu insan yaşayana qədər Abbas müəllim bu dünyada yaşayacaq, sonrakı illər Abbas müəllim unudulmayacaq. qədər ki, Mirzə Cəlil yaşayacaq, o qədər Azərbaycan elminin, ədəbiyyat tarixinin səhifələrində Abbas müəllimin adı çəkiləcək, onun o böyük qələm sahibləri haqqındakı tədqiqatları xatırlanacaq".

 

Xanım İsmayılova

 

Ədəbiyyat qəzeti.- 2011.- 9 dekabr.- S.6.