Hüseyn Cavidin ev muzeyi - 30

  

26 noyabr 2011-ci il tarixdə Azərbaycanın görkəmli şairidramaturqu Hüseyn Cavidin Naxçıvandakı ev muzeyində muzeyin yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə 1981-ci il iyul ayının 21-də dahi şairdramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qəbul etdiyi qərar əsasən şair-dramaturqun 1919-cu ilə qədər fasilələrlə yaşadığı Naxçıvandakı qədim Əlixan məhəlləsində, Bazar çayının kənarındakı evdə ev muzeyi yaradılmışdır.

30 il əvvəl verilən bir qərar Azərbaycan ədəbi-mədəni fikir tarixində xüsusi yeri olan Muxtar Respublikanın mədəniyyət ocaqlarının sırasına daha bir müqəddəs ocaq - Hüseyn Cavidin ev muzeyini əlavə etdi. Cavid əfəndinin ev muzeyi oldu.

Yığıncaqdan əvvəl tədbir iştirakçıları böyük şairin məqbərəsini ziyarət edib, gül-çiçək dəstələri qoydular.

Sonra tədbir ev muzeydə davam etdirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası mədəniyyət turizm naziri Sarvan İbrahimov açaraq kommunist rejiminin tüğyan etdiyi bir vaxtda ulu öndər Heydər Əliyevin böyük şairin cənazəsinin qalıqlarını uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirilməsində atdığı cəsarətli addımdan söhbət açdı.

Muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Bəhruz Axundov ev muzeyin 30 illik fəaliyyəti haqqında danışdı.

Yazıçı-publisist Əbülfəz Əsgərli, mədəniyyət işçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Rövşən Hüseynov, "Turan Cavid qadın mərkəzi ictimai birliyi"nin sədri Sevda Cəfərova, filologiya elmləri namizədi, NDU-nun müəllimi Xanəli Kərimli Məmməd Səid Ordubadi adına mərkəzi kitabxananın şöbə müdiri Südabə Süleymanova çıxış etdilər.

Naxçıvan Muxtar Respublikası mədəniyyət turizm nazirinin müavini Məhəmməd Həsənov təbrik sözü söylədi.

Sonda ev muzeyinə muzeyin bir qrup əməkdaşlarına Naxçıvan MR Mədəniyyət Turizm Nazirliyinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan MR Komitəsinin "Turan Cavid qadın mərkəzi ictimai birliyi"nin fəxri fərmanları təqdim edildi.

Tədbirdən sonra muzey ekspozisiyasına baxış oldu.

 

Ədəbiyyat qəzeti.- 2011.- 9 dekabr.- S.2.