Milli ruhun təntənəsi

  

Məhəmmədhüseyn Şəhriyar Azərbaycan və İran poeziyasının ən nəhəng simalarından biridir, qüdrətli söz ustadı, XX əsr Azərbaycan və fars ədəbiyyatının iftixarıdır. Şairin poeziyası dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynasıdır. Onun ölməz irsi əbədidir, nəinki Şərq, dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlələrin sonsuz məhəbbətini qazanmışdır. Onun şeirləri dildən-dilə düşmüş, bir çox dillərə tərcümə olunmuş, insanların ruhunu oxşamışdır. Bu gün ölkəmizdə çətin elə bir insan tapıla ki, Şəhriyar poeziyasının vurğunu olmasın, onun şeir nümunələrini bilməsin.

Böyük öndərimiz Heydər Əliyev müsahibələrin birində: "Sevdiyiniz şair?" - sualına - "Şəhriyar" - cavab vermişdir.

Nədir Şəhriyar poeziyasını bu qədər insanlara sevdirən, onu populyarlaşdıran, dillərdə əzbər edən, çox sevilən mahnıların sözlərinə çevirən?

Bu, ilk növbədə Şəhriyar şerinin fikir zənginliyi, bədii saflığı və səmimiyyətidir. Ümumbəşəri ideyaları yorulmadan tərənnüm edən şair insanları sülhə, bərabərliyə, xeyirxahlığa, mənəvi təmizliyə çağırır. Şəhriyar yaradıcılığında ümumbəşərilik, humanizm, insana böyük məhəbbət geniş əks olunmuşdur:

 

İnsanlarıq, insanlığı xoşlayın,

Bir millətik, birləşməyə başlayın,

Bu xan-xanlıq hökumətin boşlayın,

Bu gün gərək bəşər olsun bir millət,

Bir millətə olarmı yüz hökumət?!

 

Qloballaşan, sərhədsizləşən dünyamız üçün qədər aktual sözlərdir. İnsanpərvərlik, vətənpərvərlik xəlqilik Şəhriyar yaradıcılığının ana xəttini təşkil edir. O, ənənəvi qəzəl şairindən fars dilində romantik şerin gözəl nümunələrini, daha sonra isə ana dilində dahiyanə realist tablolar yaratmış mahir sənətkaracan böyük yaradıcılıq yolu keçmişdir.

Şəhriyar poeziyası sənətkarlıq baxımından da yüksələn xətlə inkişaf etmişdir. O, novator şair kimi özünü göstərmişdir. Klassik şeir formasından geniş istifadə edən şair, özünü yeni şerin nümayəndəsi saymışdır. Onun sərbəst formada yazdığı şeirləri gözəl sənət münunələridir.

Şairin poetik dünyası zəmanəsinin ensiklopediyası olmaqla yanaşı, bütün dövrlər üçün müasir olan ədəbi mövzuları da əhatə edir.

Biz azərbaycanlılara şairi xüsusi sevdirən onun anadilli poeziyasına hopmuş milli ruhun poetik ifadəsidir. Milli ruh şairin anadilli poeziyasının həm ideya-məzmun, həm bədii-estetik xüsusiyyətlərində parlaq əksini tapıb. Şair ən ülvi insani duyğuları tərənnüm edərək, oxucusunu mənəvi yüksəkliklərə səsləyir. Şəhriyarın şeir dili - sadəliyi, ilkinliyi ilə qəlbləri fəth edir, şerin bir ana laylası kimi qulaqlarımızda səslənir.

 

Heydərbaba, Nənəqızın gözləri,

Rəxşəndənin şirin-şirin sözləri,

Türki dedim, oxusunlar özləri,

Bilsinlər ki, adam gedər, ad qalar,

Yaxşı-pisdən ağızda bir dad qalar.

 

Yaxud:

 

Qarı nənə gecə nağıl deyəndə,

Külək qalxıb qap-bacanı döyəndə,

Qurd keçinin Şəngülüsün yeyəndə.

Mən qayıdıb bir uşaq olaydım,

Bir gül açıb, ondan sora solaydım.

 

Şəhriyar poeziyası - bütövlükdə milli azərbaycanlı ruhunun təntənəsidir. Şəhriyarın füsunkar şeir aləmi, sehrli poetik dünyası büsbütün millidir, ruhumuzu oxşayır, oxucuya müqəddəs insani duyğuları, ülviyyəti aşılayır, ədalətə azadlığa çağırır, məhəbbət mərhəmət öyrədir. Şairin fikir dünyası olduqca genişdir, hətta sonsuzdur, insanı qanadlarına alaraq keçmişə, bu günə sabaha aparır, Heydərbabanın qoynuna, xoşbəxt uşaqlıq çağlarına qaytarır, bu günün qayğılarını yada salır, sabahın müjdəsini verir. Şəhriyar poeziyasında hər birimizin ağlından ürəyindən keçən, qəlbimizdəki zərif duyğular dahiyanə əksini tapır:

 

Heydərbaba, dünya yalan dünyadı,

Süleymandan, Nuhdan qalan dünyadı,

Oğul doğan, dərdə salan dünyadı,

Nər kimsəyə hər verib alıbdı,

Əflatundan bir quru ad qalıbdı.

 

Ayrılıq motivləri dərin iz buraxmışdır Şəhriyar yaradıcılığında. Mən deyərdim ki, Şəhriyarın bu mövzuda yazdığı şeirlər bütöv bir epoxanın rəmzinə çevrilmişdi:

 

Arazım vursun baş daşdan-daşa,

Göz yaşı gərək başlardan aşa,

Necə yad olsun qardaş qardaşa?

din qanır, iman ayrılıq,

Aman, ayrılıq, aman, ayrılıq!

 

Birliyə çağırış çox güclüdür Şəhriyar yaradıcılığında. "Birlik yaradın, söz bir olar biz kişilərdə" - misrası dillərdə əzbərdir.

Şəhriyar yaradıcılığında ana dilinə məhəbbət çox gözəl ifadə olunub:

 

Türkün dili tək sevgili,

istəkli dil olmaz,

Ayrı dilə qatsan bu əsil dil

əsil olmaz.

 

Şəhriyarın yaradıcılığı həmişə tədqiqatçıların diqqət mərkəzində olub. Ayrı-ayrı vaxtlarda Ə.Atəş, Q.Beqdeli, H.Billuri, Böyük Nik Əndiş, B.Budaqov, Əliməmməd Əbülfəzl, Cəmşid Əlizadə, İsa Həbibbəyli, Həsənəli Məhəmmədi, Əhməd Kaviyanpur, H.Qasımov, E.Quliyev, Barfıruş Məhəmmədbağır Nəcəfzadə, Mübəyyin Məhəmmədhüseyn, Zilli Məniçöhr, Hüseyn Münzəvi, B.Nəbiyev, Fəthi Nüsrətullah, N.Rizvanov, Y.Şeyda, E.Şükürova digərləri Şəhriyarın həyat yaradıcılığı haqda dəyərli əsərlər yazmışlar.

İnanırıq ki, bu işlər yenə davam etdiriləcək. Böyük öndər Heydər Əliyevin dediyi kimi: "Dahi sənətkarın yaradıcılığının dərindən öyrənilməsi, tədqiq tədris edilməsi sənət elm xadimlərimizin müqəddəs borcudur".

son olaraq aşagıdakı misraları xatırlatmaq istərdim:

 

Evlər qalır, ev sahibi yox özü,

Ocaqların ancaq işıldar közü,

Gedənlərin az-çox qalıbdır sözü,

Bizdən bir söz qalacaq, ay aman!

Kimlər bizdən söz salacaq, ay aman!

 

Bəli, şairdən ölməz söz qalır bu əbədiyyətə qədər belə olacaq. qədər ki, xalqımız var, Şəhriyar sözü qalacaq, yaradıcılığı yaşayacaq onun haqda yenə yenə söz salınacaq, irsi tədqiq olunacaq, yeni-yeni əsərlər yaranacaq. Şəhriyar irsi dilimizi, xalqımızı yaşadacaq, xalqımız isə Şəhriyar irsinin varlığının təminatçısı olacaq. beləliklə , özü demişkən, "el məşəli", "əbədiyyət gülü" Şəhriyar sonsuzluğa qədər yaşayacaq.

 

Gövhər BAXŞƏLİYEVA

Ədəbiyyat qəzeti.- 2011.- 9 dekabr.- S.1.