Kitabdan sətirlər

"…mənə bir göz yaşı,

bir sevinc borcun var."

 

Axşamın xeyir, sevgilim! Necəsən?

Sənə bir hekayə göndərirəm, bilmirəm, xoşuna gələcək, yoxsa yox. Amma mənim çox xoşuma gəlmişdi bu hekayə. Sənin oxumağını istədim

Bir adam gənc qadına dedi:

- Mənə bir göz yaşı borcun var.

Gənc qadın soruşdu:

- Necə ödəyə bilərəm?

Adam gözlərini qırpdı:

- Sadəcə gülümsə.

Gənc qadın gülümsədi. Adam cibindən dəsmal çıxarıb borcunu sildi dəsmalı təzədən cibinə qoydu. Gənc qadının əlində iki dənə bəyaz qızılgül vardı, ikisindən bahar qoxusu gəlirdi.

Adam yenə dedi:

- Mənə bir xoşbəxtlik borcun var.

Gənc qadın çaşdı, utana-utana soruşdu:

- Necə ödəyə bilərəm?

Adam həyəcanlandı:

- Başını dizimin üstünə qoy.

Gənc qadın pişik kimi qıvrılıb başını ehmalca onun dizləri üstünə qoydu. Adam qadının saçlarını şəfqətlə sığalladı. Qadının saçları günəşə yağışa həsrət, heç yaşanmamış baharlara oxşayırdı. Saçlarındakı çarəsizliyi tutam-tutam hördü adam. Sonra saçının hər telinə xoşbəxtlik tumurcuqları bağladı. Bu da bəs eləmədi, gizli düyünlər atdı saçlarınaAğladıHava qaralmaq üzrə idi, çöldə yağış yağırdı

Adam elə hey "borc dəftəri"ni vərəqləyirdi.

Gənc qadının gözlərinin içinə baxdı.

- Mənə bir ürək borcun var

Bu dəfə çaşmadı gənc qadın, elə bil əvvəlcədən bilirdi borclu olduğunu:

- Bəs bunu necə ödəyəcəm?

Adam qollarını irəli uzatdı:

- Əllərimdən tut.

Qızılgül qoxulu əllərini uzatdı qadın. Əlləri elə isti idi ki, borcu əridi bu əllərin içində.

Gənc qadın getməyə hazırlaşdı.

Adam son dəfə səsləndi ona tərəf:

- Mənə bir can borcun var.

Qadın təəccübləndi:

- Can?!

Adam siqaret yandırıb, dərin bir nəfəs aldı:

- , can. Mənə bir can borcun var, sənsizlik öldürür məni.

Sözlər qadının çox xoşuna gəldi:

- Yaxşı, bunun əvəzinə alacaqsan?

Adam bir az yaxınlaşdı qadına:

- Gözlərini yum.

İkisi gözlərini yumdu. Adam qadının titrəyən incə dodaqlarına məsum bir öpüş qondurdu. Qadın qaşlarını çatdı:

- Bu idi?

- Həyat öpüşü.

Araya qısaca bir səssizlik çökdü. Bu dəfə qadın adamı ehtirasla öpdü.

Kişi çaşıb qaldı:

- Bəs bu idi?

Qadın qapıya tərəf yeridi:

- Vida öpüşü idi.

Qalan borclarının qarşılığı olaraq, ürək dolusu çarəsizlik, bir qızılgülləri buraxıb getdi qadın

Adam qadının arxasınca qaçaraq güllərini ona qaytardı:

- olar, yaxşı bax ümid çiçəklərimə, onları solmağa qoyma! - dedi. qadın gülləri aldı.

- olar, sən yaxşı bax məktublarıma! Onları silmə, itirməBir gün yaşlananda, köhnə xatirə kimi oxumaq istəyərsən bəlkə. Əgər xatırlamaq istəməsən, mənim doğum günümdə hədiyyə olaraq geri göndərərsən mənə. Sanki keçmişimi, bu günümü mənə göndərirmişsən kimi, fərqli duyğular yaşayaram bəlkə. Yanında da bir musiqi, bir şeir göndərərsən. Mənim hekayətimi danışan, nağıl eləyən bir şeir, bir mahnı və ya bir musiqi

Çox işlədiyini, çox yorulduğunu bilirəm. Sənin barəndə xəbərləri oxuyuram. Amma özünə, səhhətinə diqqət elə.

Şəkillərinə baxdım, çox zəifləmisən. Çox yorğun görünürsən. Sənə dua eləyirəm. İnşallah, Tanrı sənə kömək olar.

Salamat qal, əzizim!

 

Qənirə Paşayeva

Ədəbiyyat qəzeti.- 2011.- 23 dekabr.- S.6.