Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev cənablarına
Hörmətli Prezident!
Əlli yaşınızın tamam
olması münasibətilə Sizi səmimi-qəlbdən
təbrik edirəm. Sizin taleyinizin
xoşbəxtliyi ondadır ki, böyük bir insanın,
unudulmaz Heydər Əliyevin ailəsində
dünyaya gəlmiş, boya-başa
çatmış, onun layiqli
varisi kimi yetişmisiniz. Siz Moskvada ən mötəbər təhsil
ocaqlarından birini bitirmisiniz,
amma həyatda ən böyük
məktəbiniz ulu öndərimizin Sizə
verdiyi həyat və siyasət dərsləri
olub. Heydər Əliyevin isə
xoşbəxtliyi bir də ondan
ibarət idi ki, dünyadan xalqı, vətəni üçün arxayın getdi,
çünki amalını özü kimi
inandığı oğluna etibar edirdi. Ümummilli liderimizin vəfatından
keçən səkkiz il ərzində Siz onun bu
etibarını, inamını tamamilə doğrultdunuz.
Azərbaycanın rifahı, inkişafı üçün,
dünyanın, zamanın bu mürəkkəb
çağında bütün xarici və daxili təhlükələri
uğurla dəf etmək yolunda
Siz inamlı irəliləyişimizi təmin
edirsiniz. Sizə mədəniyyətimiz,
səhiyyəmiz, maarifimiz üçün
səmərəli, çox önəmli
işlər görən hörmətli Mehriban
xanımla, övladlarınız və nəvələrinizlə
birlikdə bol-bol ailə sevincləri, uzun ömür,
cansağlığı arzulayıram. İnanmaq
istəyirəm ki, gələcək ad günlərinizi azad
Şuşamızda bayram edəcəyik.
Dərin hörmətlə,
ANAR
Azərbaycan Yazıçılar
Birliyinin sədri
22.12.2011
Ədəbiyyat qəzeti.- 2011.- 23
dekabr.- S.1.