Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

  

Hörmətli cənab Prezident!

Anadan olmanızın 50 illiyi münasibətilə Sizi ürəkdən təbrik edir, Vətənimizin bu günü və gələcəyi uğrunda yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli varisi kimi başqa sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də onun amalını ləyaqətlə və sədaqətlə təmsil edirsiniz. Azərbaycan yazıçıları daima Sizin diqqət və qayğınızı hiss edir. Yazıçılar Birliyi binasının əsaslı təmiri, yaşlı və gənc yazıçılara verilən Prezident təqaüdləri, klassikçağdaş ədiblərimizin, şairlərimizin yubileylərinin Dövlət səviyyəsində təntənəylə keçirilməsi böyük Heydər Əliyev siyasətinin müasir dövrdə bariz davamıdır. Sizə, ailə üzvlərinizə, əzizləriniz və yaxınlarınızla birlikdə uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli vəzifənizdə Azərbaycanımız naminə yeni zirvələr fəth etməyi, yeni zəfərlər qazanmağı diləyirik.

 

Azərbaycan Yazıçılar Birliyinin katibliyi

22.12.2011

Ədəbiyyat qəzeti.- 2011.- 23 dekabr.- S.1.