Yəhya
Şeyda anıldı
Dekabrın
14-də AYB-nin Natəvan klubunda Güney Azərbaycanda
yaşayıb-yaratmış şair-ədəbiyyatşünas
Yəhya Şeydanın anım mərasimi keçirildi.
Tədbiri
xalq şairi Söhrab Tahir açaraq Y.Şeydanın bənzərsiz
yaradıcılığından ətraflı
danışdı.
Mərasimin
təşkilatçısı, AYB-nin Güney Azərbaycan
şöbəsinin məsul işçisi Sayman Aruz da sənətkarın
ədəbi-bədii, elmi fəaliyyətinin özəlliklərini
incələdi.
Filologiya
elmləri doktoru Sabir Nəbioğlu çıxışında
vurğuladı ki, Yəhya Şeydanın
yaradıcılığı ilə 1979-cu ildən
tanışdı: "Onun milli təəssübkeşliyi,
azadlıq duyğusu bizi doğmalaşdırmışdı.
Vətənpərvərlik mövzusu Yəhya Şeyda
yaradıcılığının əsasını təşkil
edir. O, böyük vətəndaş idi..."
Filologiya
üzrə fəlsəfə doktoru Esmira Fuad da diqqəti
Y.Şeydanın yaradıcılıq özəllikləri
üzərinə çəkdi. Vurğuladı ki, o, həmişə
milli azadlıq ideyalarına, dilimizin saflığını təbliğ
etmiş, yasaqlara boyun əyməmişdir: "Hətta
şah rejiminin boğuntu və sıxıntıları belə
ustad sənətkarı susdura, haqq yolundan çəkindirə
bilməmişdir. Onun ölümü ədəbiyyatımız,
daha çox da Cənub ədəbi mühiti üçün
ağır itki oldu."
S.Aranlı
Ədəbiyyat qəzeti.- 2011.- 30
dekabr.- S.5.