Bişkekdə
"Manas eposu və türk dastançılıq ənənəsi" monoqrafiyası rus dilində nəşr edilib
Bişkekdəki
Türkdilli Ölkələrin Siyasətinə Dəstək
Fondu tərəfindən şair və alim Adil Cəmilin
"Manas eposu və türk dastançılıq ənənəsi"
monoqrafiyası "Biyiktik" nəşriyyatında rus dilində
çapdan çıxmışdır.
Azərbaycanda
qırğız eposu Manasın tədqiqinə həsr
olunmuş bu ilk elm-tədqiqat əsəri 2002-ci ildə
Bakıda Azərbaycan, 2011-ci ildə isə rus dilində nəşr
edilmişdir.
Kitabın
rəyçiləri Qırğızıstan Milli Elmlər
Akademiyası Dil və Ədəbiyyat, həmçinin
Manasşünaslıq institutlarının direktoru, bir sıra
beynəlxalq akademiyaların həqiqi üzvü,
"Çingiz Aytmatov" Akademiyasının prezidenti,
akademik Abdıldacan Akmataliyev, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, Milli Məclisin
deputatı Nizami Cəfərov və professor İsmayıl Vəliyevdir.
Türkdilli
Ölkələrin Siyasətinə Dəstək Fondunun sədri
Nüsrət Məmmədov bildirmişdir ki, monoqrafiya Azərbaycan
Qırğızıstan folklor əlaqələrinin öyrənilməsi,
iki qardaş xalq arasında ədəbi, mədəni əlaqələrin
daha da möhkəmlənməsində mühüm rol
oynayacaqdır.
Onun
sözlərinə görə, qırğız
oxucularının böyük marağını nəzərə
alaraq tanınmış şair və tərcüməçi
Mukan Asanaliyev monoqrafiyanı qırğız dilinə də tərcümə
edir. Əsərin nəşri 2012-ci ilin birinci yarısına
nəzərdə tutulmuşdur.
Qulu Kəngərli,
AzərTAc-ın xüsusi müxbiri
Bişkek
Ədəbiyyat qəzeti.- 2011.- 30
dekabr.- S.6.