Şəhidlər
xiyabanında
Bu necə dövrandı, necə zamandı,
Görün siz nə handa, mən nə handayam?!
Binadan bu həyat bizə
zindandı,
Başdan
çək-çevirdə, əl-amandayam.
Anadan mən niyə igid olmadım,
Əqidəm yolunda mürid olmadım;
Məsləkim uğrunda şəhid
olmadım,
Nə üzlə indi bu xiyabandayam?!
Olmuşu
- keçmişi hey salıb
yada
Yanıb
bir ocaqda od olmasam da,
Taledən bir fəxri ad almasam da, -
Ən fəxri, ən ülvi bir meydandayam.
Niyə
qeyzə gəlib cihad etmirəm,
Dönüb bir simurğa
dada yetmirəm;
Haqqın
dərgahına rahat getmirəm, -
Bir görün nə dində, nə imandayam.
Burda hönkür-hönkür analar
ağlar,
Qəlblərdən sel-su tək axar ağılar.
Yeri-göyü yaxıb-yıxar ağılar…
Görün nə sitəmdə,
nə fəğandayam.
Çarmıxa çəkilər Xocalım
burda…
Nə qədər üz cırım, saç yolum burda?!
İstərəm dünyadan bac alım burda, -
Görün, nə xəyalda,
nə gümandayam.
El-oba içinə çıxa bilmirəm,
Dost-tanış üzünə
baxa bilmirəm.
Bir həmdərd əlini sıxa bilmirəm…
Zil qara quyuda, dar
zindandayam.
Dünya
nemətindən üzülüb
əlim,
Yanıb
kösöv olub ağzımda dilim.
Nə təzə ilim var, nə köhnə
ilim, -
Anılmaz-aranmaz bir ünvandayam.
Şəhidlər ruhudu burda həmkarım,
Şəhidlər andıdı əhdim-ilqarım.
Şəhidlər şəstidir fəxrim-vüqarım,
Görün, nə ovqatda, nə ərkandayam.
Bu məhzun üzləri necə seyr edim,
De, hansı nakamın hayına yetim?!
Bilmirəm irəli, ya geri gedim,
Yan-yörəm görünməz sis-dumandayam.
Sıyrılar qınından burda
qılınclar,
Bulunar dərdlərə burda əlaclar.
Dönər şiri-nərə qoç
oğlu qoçlar…
Görün, nə qüdrətdə,
nə imkandayam.
İçimdə bir dəli tufan hayqırır,
Cəhdi
boşa çıxan
aslan hayqırır.
Dövran
lərzə gəlir,
zaman hayqırır,
Dalğası dağ yıxan
bir ümmandayam.
Bilmirəm mehr nə, dost-həmdəm nədir,
Həsrət-hicran dərdi, qüssə-qəm
nədir…
Mustafaya
cənnət-cəhənnəm nədir? -
Gecəsiz-gündüzsüz bir məkandayam.
20 yanvar
Olmur
Bir vaxt dağ da
mənə düzən
kimiydi,
Bir dikdir əlində qalmışam indi.
Deyirlər, az dolaş kəndi-kəsəyi,
Enişə-yoxuşa salma ürəyi…
Uca dağ görəndə ürəyim durmur,
Qalxmasam
olarmı? Qalxıram olmur.
Dayanma, gəl - deyir güllü güneylər,
Getməsəm, görməsəm lalə
qan eylər.
Necə
yolda qoyum nərgiz gözünü,
Necə
dinləməyim bulaq sözünü?
Gözəllik önündə ürəyim
durmur,
Baxmasam olarmı? Baxıram olmur.
Ürəyim yollarda incəlir
mənim,
Yollar kənarında dincəlir
mənim…
Çox
getmə deyəndə
dost-tanış sənə
Hər xəstə yanına, hər yas yerinə,
-
Qalıram əlacsız, ürəyim
durmur,
Getməsəm olarmı? Gedirəm
olmur.
Gəlsə də gün-gündən,
il-ildən gözəl,
Bir el görməsəm də bu eldən gözəl,
Bəzən üzləşirəm ürəyidaşla,
Keçir bir günüm
də, keçir təlaşla…
Düz iş dolaşanda ürəyim durmur,
Dinməsəm olarmı? Dinirəm
olmur.
Bu qədər gəzmişəm,
gördüyüm nədir,
Dərdiyim güllərdən hördüyüm
nədir?
Yoxsa qabaqdadır ömür-gün
hələ,
Nəsə görəsiyəm mən
indən belə?
İşıqsız-istisiz od-ocaq olmur,
Ürək yanmaynada yaşamaq
olmur.
Ürəyimlə baş-başa
Bu dünyanın hər üzünü
Sən görmüsən, sənə
bəlli.
Vaxtı
yelə sovurana
İndən belə nə təsəlli?!
Arzuların ətəyindən
Nə tutmusan, de, beş əlli?!
Elə bil ki, bu
həyatı
Sevən
yoxdur sənin kimi.
Kimi belə aldadırsan,
Ay ürəyim, de, sən kimi?!
Üzü bizdən dönən
səhər
Bir də üzə gülməz daha.
Ömrümüzdən ötən günlər
Gedər,
geri gəlməz daha.
Vaxtın
əli taleyimdən
Bu itkini silməz daha.
Sis-dumanı çəkilməyən,
Gün görməyən qaya kimi
Kimi kimdən gizləyirsən,
Ay ürəyim, de sən kimi?!
Eh, nə ola, yaz
qayıda,
Ruhumda od, köz oyana.
Çəmənimə çiçək
yağa,
Qönçəsində ilham yana.
Gərək olam xeyir-şərdə,
Adımı el-oba ana.
Arzularım çəng tutmaya
Qar altında xəzəl kimi.
De, sən kimi gözləyirsən,
Ay ürəyim, de, sən kimi?!
Çəkən bilər nisgil nədir,
Gözlə, gözüm… oğlum
olub.
Bu həsrətdən illər
boyu
Sinəm
necə dağlı olub…
Şükür oslun, qəlbimdəki
Min boşluqdan biri dolub.
Taleyimdə yandırıb sən
Onu mavi işıq kimi,
Gör sən kimi göyərdirsən,
Ay ürəyim, gör sən kimi?!
Mavilikdən əsər yellər
Sahillərdə zəhərlənər.
Eldən-elə uçan quşlar
Sərhəd görüb qəhərlənər.
Gözlərindən yerə-göyə
Qüssə yağar, qəm
ələnər.
Enər
həsrət adasına
Gözü yolda Təbriz kimi.
Gör sən kimi göynədirsən,
Ay ürəyim, gör sən kimi?!
Əyri
əllər yolur bəzən
Bu dünyanın çiçəyini.
Arxalı
boz köpək vurur
Yerə
şirin kürəyini.
Qəlbi
daşlar, kütlər
üzür
Aqillərin ürəyini.
Sənsə baxıb çırpınırsan
Tora düşən balıq kimi,
Gör sən kimi yandırırsan,
Ay ürəyim, gör sən kimi?!
Qəlbə dəyən, ürək
qıran,
Evlər
yıxan söz görmüşük.
İnam
dolu gözümüzə
Kül üfürən göz görmüşük.
Nahaq yerə üzə duran…
Üzdəniraq üz görmüşük…
Çənli yollar ayrıcında
Yol azmışıq durna kimi.
De, sən kimi səsləyirsən,
Ay ürəyim, de, sən kimi?!
Öndən əsər xəzan
yeli,
Ötənlərdə gözüm qalar.
Qürub
çağı bağ-bostanım
Dönə-dönə uralanar.
Deyəndə ki, qarşımızda
Hələ oğul-qız toyu
var…
Nədən belə kövrəlirsən
Günü aşan payız
kimi?!
Kimi belə ovudursan
Ay ürəyim, de, sən kimi?!
İnnən belə
Niyə
tale qapısına
Boylanırıq oğrun-oğrun?
Gözlərimiz yolda qalıb,
Baxışımız düşüb
yorğun…
Qızıl dövlət quşuydumu
Əlimizdən uçurduğun?!
Bundan sonra ürək-dirək
Kimə
lazım, nəyə gərək?!
Ömrümüzdən illər ötdü,
İlk eşqimiz bay olmadı.
Gəncliyimiz sona yetdi,
Məndən sənə tay olmadı.
Bu məhəbbət vadisində
Qoşa
axan çay olmadı…
Bu gecikmiş ürək-dirək
İnnən belə nəyə
gərək?!
Nə murazla yarı yaşı
Biz haqladıq, biz addadıq?!
Kim deyər ki, o körpüyə
Düz yanaşdıq, düz addadıq?!
İndi
ona yanırıq ki,
Niyə
onu tez addadıq…
Bir ömürsüz ürək-dirək
Axı,
kimə, nəyə gərək?!
Ölçək-biçək: bu dünyaya
Nə gətirdi gəlişimiz?
Hansı
qəlbə işıq
saldı
Bir sözümüz, bir işimiz?
Səhər oldu, axşam düşdü…
Belə
keçdi gərdişimiz.
İnnən belə söylə
görək
Nəyə lazım ürək-dirək?..
Mustafa İsgəndərzadə
Ədəbiyyat qəzeti.- 2011.- 4 fevral.-
S.4.