Çingiz Abdullayev: “Sonuncu divarın
daşları”
Fevralın 3-də Kitab klubunda xalq yazıçısı Çingiz Abdullayevin "Sonuncu divarın daşları" kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Kitab klubunun direktoru Elxan Rzayev görkəmli yazıçının yeni əsəri haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, kitabda parçalanaraq müxtəlif cəmiyyət quruluşlu dövlətlərin tərkibində yaşamaq məcburiyyəti ilə üz-üzə qalan bir millətin - azərbaycanlıların böyük dərdindən bəhs edilir.
Müəllif yeni kitabında iki yüz ildən bəri Vətəni ikiyə bölünmüş, bir-birindən ayrı salınmış azərbaycanlıların problemlərini ortaya qoymuşdur.
Bildirilmişdir ki, "Nurlar" nəşriyyat-poliqrafiya mərkəzində 1000 nüsxə tirajla çap olunmuş kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
"Sonuncu divarın daşları" kitabını rus dilindən Munisə Dadaşqızı tərcümə etmişdir. Nəşrin redaktoru Təbəssüm Muxtarovadır.
Ədəbiyyat qəzeti.-
2011.- 4 fevral.- S.2.