Əlaqələr

 

Bu günlərdə Azərbaycan Respublikasının Xarici İşlər

Nazirliyinə ölkəmizin Rumıniyadakı səfirliyindən gəlmiş

məlumat Yazıçılar Birliyinə göndərilmişdir. Məlumatda deyilir:

  

  Rumıniya Müsəlman Tatar Türklərinin Demokrat Birliyinin Buxarest şöbəsinin sədri Kiyaseddin Uteu ilə görüş keçirilmişdir. Görüşdə K.Uteu 14-16 dekabr 2010-cu ildə Türkiyənin Ankara şəhərində Avrasiya Yazıçılar Birliyi və TÜRKSOY tərəfindən keçirilmiş III Türk Dünyası Ədəbiyyat Jurnalları Qurultayında iştirakı və qurulaty çərçivəsində "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Səlim Babullaoğlu ilə görüşləri barədə məlumat vermişdir.

Daha sonra K.Uteu 2011-ci ildə Bakıda "Türk dövlətlərinin müstəqilliklərinin 20-ci ildönümündə ədəbiyyat nəşrlərinin üzərinə düşən rolortaq fəaliyyət imkanları" konfransının keçiriləcəyi haqda məlumata malik olduğunu nəzərə çatdırmış və burada iştirak etmək arzusunu ifadə etmişdir. Qonağa bildirilmişdir ki, belə bir konfransın Bakıda təşkil olunacağı barədə məlumat təsdiqlənərsə səfirlik tərəfindən onun bu tədbirdə iştirak etməsi üçün mümkün dəstək veriləcəkdir.

Söhbət əsnasında K.Uteu iki ölkənin gəncləri arasında körpünün yaradılması məqsədilə rumın, tatartürk gənclərindən ibarət bir qrupun Azərbaycana səfər etməsi, ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olması təşəbbüsünü irəli sürmüşdür. Bunun üçün Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası tərəfindən müvafiq addımların atılması haqqında ilkin razılıq əldə olunmuşdur.

Qonaq həmçinin 2011-ci il ərzində Azərbaycanın mədəniyyət xadimlərinin nümayəndələrinin Rumıniyaya dəvət olunması, onların Konstansada Rumıniya Müsəlman Tatar Türklərinin Demokrat Birliyi və Rumıniya Türk Demokrat Birliyinin rəhbərliyi, Rumıniya türktatar icmalarının təmsilçiləri ilə görüşlərinin təşkil edilməsi təklifini irəli sürmüş, bu barədə rəsmi şəkildə səfirliyə müraciət edəcəyini bildirmişdir.

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 fevral.- S.6.