Əlaqələr
Bu
günlərdə Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyinə ölkəmizin
Rumıniyadakı səfirliyindən gəlmiş məlumat
Yazıçılar Birliyinə göndərilmişdir. Məlumatda
deyilir:
Rumıniya Müsəlman Tatar
Türklərinin Demokrat Birliyinin Buxarest şöbəsinin sədri
Kiyaseddin Uteu ilə görüş keçirilmişdir.
Görüşdə K.Uteu 14-16 dekabr 2010-cu ildə Türkiyənin
Ankara şəhərində Avrasiya Yazıçılar
Birliyi və TÜRKSOY tərəfindən keçirilmiş
III Türk Dünyası Ədəbiyyat Jurnalları
Qurultayında iştirakı və qurulaty çərçivəsində
"Azərbaycan" jurnalının baş redaktoru
İntiqam Qasımzadə, "Ulduz" jurnalının
baş redaktoru Elçin Hüseynbəyli, "Dünya ədəbiyyatı"
jurnalının baş redaktoru Səlim Babullaoğlu ilə
görüşləri barədə məlumat vermişdir.
Daha
sonra K.Uteu 2011-ci ildə Bakıda "Türk dövlətlərinin
müstəqilliklərinin 20-ci ildönümündə ədəbiyyat
nəşrlərinin üzərinə düşən rol və
ortaq fəaliyyət imkanları" konfransının
keçiriləcəyi haqda məlumata malik olduğunu nəzərə
çatdırmış və burada iştirak etmək arzusunu
ifadə etmişdir. Qonağa bildirilmişdir ki, belə bir
konfransın Bakıda təşkil olunacağı barədə
məlumat təsdiqlənərsə səfirlik tərəfindən
onun bu tədbirdə iştirak etməsi üçün
mümkün dəstək veriləcəkdir.
Söhbət
əsnasında K.Uteu iki ölkənin gəncləri
arasında körpünün yaradılması məqsədilə
rumın, tatar və türk gənclərindən ibarət bir
qrupun Azərbaycana səfər etməsi, ölkəmizin
tarixi, mədəniyyəti, adət-ənənələri ilə
tanış olması təşəbbüsünü irəli
sürmüşdür. Bunun üçün Rumıniya-Azərbaycan
Gənclər və Mədəniyyət Assosiasiyası tərəfindən
müvafiq addımların atılması haqqında ilkin
razılıq əldə olunmuşdur.
Qonaq həmçinin 2011-ci il ərzində Azərbaycanın mədəniyyət xadimlərinin nümayəndələrinin Rumıniyaya dəvət olunması, onların Konstan-sada Rumıniya Müsəlman Tatar Türklərinin Demokrat Birliyi və Rumıniya Türk Demokrat Birliyinin rəhbərliyi, Rumıniya türk və tatar icmalarının təmsilçiləri ilə görüşlərinin təşkil edilməsi təklifini irəli sürmüş, bu barədə rəsmi şəkildə səfirliyə müraciət edəcəyini bildirmişdir.
Ədəbiyyat qəzeti.- 2011.-
4 fevral.- S.6.