Ürək eşitsin...

 

Sözün ucası, nə alçağı var,

əziz dost, şerimi asta oxu sən.

Səs-küylə özünə əl çaldıranlar,

səssiz-küysüz çıxır sonra cərgədən.

 

Fikir ver misraya, adi sözə ,

duyan kəs səssiz gərək eşitsin.

Sıxılma, qulağın eşitməsə ,

ürəyində oxu, ürək eşitsin...

 

 

Nəriman HƏSƏNZADƏ

 

Ədəbiyyat qəzeti.- 2011.- 18 fevral.-S.4.