Uçurum
Bir aylıqdı, bir illikdi, bir anlıq,
Bax, qarşıda
qalan ömür qaranlıq.
Ötüb keçdi sütül
kimi cavanlıq,
Peşman-peşman mən gülürəm,
sən ağla…
Gəlib çatdı, nə deyəsən pis günə?
Peşman-peşman mən gülürəm, sən ağla.
Əlini
qoy ürəyimin üstünə,
Heç olmasa ağrısını
sığalla.
Düymə-düymə açdım sənə sinəmi,
Düymə-düymə bağlayıram, incimə.
Bu gülüşün görünməyən
üzü var,
Mən içimdə
ağlayıram, incimə.
Ürəyimdə gözəl-göyçək xatirə,
Sənə layiq bir xatirə
bitirdim.
Gözlərimin işığıydın, əzizim,
Gözlərimin işığını itirdim.
Eşq haqqında bu rəvayət, bu nağıl,
Başlamamış qurtaracaq bəs haçan?
Bu ömürdü, sən yalançı, mən dəli,
İnanırdım, qoy inanım sonacan.
Eh, qurtaraq bu söhbəti,
nə xeyri,
Peşman-peşman mən gülürəm, sən ağla.
Əlini
qoy ürəyimin üstünə,
Heç
olmasa ağrısını
sığalla.
Xabarovsk
(xəstəxana)
Sevdiyim adam
Bu da bir adi
gün, bir adi gecə,
Sevinc baxıb
keçər, dərd
sıxıb keçər.
Elə sakit-sakit, elə gizlincə
Darıxdım səninçün, sevdiyim adam.
Tapdım
xəyalımda min dəfə
gündə,
İtirdim gedəndə küçədə,
tində.
Ömrümün ən şirin,
yaxşı yerində
Darıxdım səninçün, sevdiyim adam.
Bir dəli
eşq doğdun, nə var dünyada?
Necə gətirmisən apar dünyadan.
Elə itib-batdıq bu dar dünyada,
Darıxdım səninçün, sevdiyim adam.
Küsülü otağım, mən
üzüqara,
Səninçün baxım hara, boylanım hara?
Alnımı söykəyib soyuq
divara,
Darıxdım səninçün, sevdiyim adam.
Ürəyim soyuq daş, əl boyda dəmir,
Gözümdə həsrətin islanır, çimir.
Bu gün də yanında olduğum kimi
Darıxdım səninçün, sevdiyim adam.
Alaca aydınlıq
Alaca aydınlıq, doğmaca kəndim,
Bir də ki, hürüşən itlərin səsi.
Pəncəmin üstündə yeriyirəm
ki,
Mənim gəldiyimi kimsə bilməsin.
Alça
çiçəkləri səpilib
yola,
Yollar ağappaqdı,
elə bil qışdı.
Yadıma
düşürsən burdan
keçəndə;
Sən burda eşqimi ayaqlamışdın.
Seyid qapısıdır burdan o
yana,
Qoy açım
cəddinə ürək
yaramı.
Dilimin ucundan üfürüm göyə,
Ahıma bükdüyüm dualarımı.
Bu da evimizdir, üzü
qibləyə,
Qara çarşabını
yağış isladıb.
Hətta
diksinəcək soyuq divarlar
Kiminsə dilində çəkilsə
adım…
Alaca aydınlıq, doğmaca kəndim,
Bir də ki, hürüşən itlərin səsi.
Pəncəmin üstündə yeriyirəm
ki,
Torpaq inciməsin,
yol inciməsin.
Anar Həbiboğlu
Ədəbiyyat qəzeti.- 2011.-
25 fevral.- S.5.