Əkrəm Qaflanoğlu
- 60
Hörmətli Əkrəm
müəllim!
Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik!
Siz respublikamızda istedadlı
yazıçı-publisist, fəal ictimaiyyətçi, mədəniyyətimizin
fədakar təəssübkeşi kimi
yaxşı tanınırsınız. İlk
məqaləniz orta məktəbdə
oxuyarkən Quba rayon qəzeti
"Şəfəq"də dərc olunmuşdur.
Sonradan respublika qəzet
və jurnallarında, toplularda məqalə
və hekayələr ilə çıxış etmisiniz.
Sizin məqalələrinizin əsas mövzusunu Azərbaycan mədəniyyəti,
incəsənəti, ədəbiyyat xadimlərinin həyat və
fəaliyyəti, Azərbaycan musiqisi,
ifaçılıq sənəti təşkil edir.
Buna görə də, siz
mədəniyyət xadimləri arasında hörmət və
nüfuz qazanmısınız.
"Həm
gülək, həm düşünək" (
Bakı, "Qapp - Poliqraf"
nəşriyyatı, 2002 - 351 səh.), "55+" ( Bakı,
"Çinar - Çap"
nəşriyyatı, 2008 - 376 səh.) kitablarınız oxucular arasında böyük
maraqla oxunur.
Uzun illər siz,
Xaricdə Yaşayan Həmvətənlərlə
Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti -
"Vətən" Cəmiyyətində məsul vəzifədə
çalışmısınız. Azərbaycan ictimai fikrinin, milli azadlıq mübarizəsinin
inkişafında böyük xidmətlərə
malik "Vətən" Cəmiyyətinin
fəaliyyətində mühüm rolunuz olmuşdur. Coşqun fəaliyyətinizi Azərbaycan
mühaciratının doğma vətənləri
ilə əlaqələr yarada bilməsi kimi şərəfli bir
işə həsr etmisiniz.
2002-ci ildən isə
siz Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçisisiniz.
Hazırda Baş nazirin
müavininin köməkçisi vəzifəsində
çalışırsınız.
Hörmətli Əkrəm
müəllim!
Sizi bir daha 60 illik yubileyiniz
münasibətilə ürəkdən təbrik edir, sizə ailə səadəti, uzun ömür,
cansağlığı, həm məsul işinizdə, həm
də yaradıcılığınızda uğurlar
arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2011.- 1 iyul.- S.5.