Zaman keçir
Hər
yaxşı-yaman keçir,
Verməyir aman keçir.
Hər zaman zaman
keçir,
Qalan əməllərindi.
Zaman dəyirman daşı,
Üyüdər yaxşı-yaxşı.
Dərdlilərin göz yaşı
Daş yonan sellərindi.
Boşdu sərvət, tale, baxt,
Uzun ömür, qızıl taxt.
Sevib, sevildiyin vaxt
Ən gözəl illərindir.
Əllər əkən, biçəndi,
Dəni dəndən seçəndi.
Bu dünyadan köçəndə,
Boş qalan əllərindi.
Bu an da belə keçdi,
Oldu bir gilə
düşdü.
Qalan görülən işdi,
Boş ömür yellərindi.
Eləmə
Atalar sözü var aydın və qısa:
"Mərdi qova-qova namərd eləmə".
Bir mərd qovulanda namərd olursa,
Sən bunu özünə
bir dərd eləmə.
Qansan
Bəzi kal jurnalistlərə
"Allah ağıl versin" arzusu ilə
Həyatın dilindən, dediklərindən,
Hər şey öyrənərsən, qansan,
anlasan.
Torpaq yetişdirib, yediklərindən,
Ən gec dəyən
meyvə insandı, insan.
Peşmandı
Dəlilik, müdriklik
Bu iki ağır yük
Bir qara daşdı,
İki qardaşdı.
İki düşmandı,
Götürən də peşmandı,
Götürməyən də peşmandı.
Xahiş
Mən bir şey
xahiş eləyəndə,
Əzizə, doğmaya, dosta
Bir şey diləyəndə…
Dilənçiyə oxşamayım deyə,
Yuyunuram, daranıram.
Ən təzə paltarımı geyirəm,
Yox, sən dilənçi deyilsən
- deyirəm özümə.
Sonra bir neçə
gün
Güzgüdə baxa bilmirəm
üzümə.
Bu alçalmalar
Məni içəridən qurd kimi yedi.
Hər halda əl
açıb dilənənlər
Məndən daha səmimidi.
Bayram axşamı
Hər yanda işıq,
göydə fişəng,
masada şam…
Baxışlarının soyuğundan ürəyim üşüyür,
Tikə boğazımdan keçmir,
Udquna-udquna qalmışam.
Sənin alnında tər,
Dişlərin dəyirman daşıdı,
Altına nə atsan
üyüdər, ötürər.
Sənə baxıram, mənə soyuqdu.
Sən
İstidən boğuldum - deyirsən -
Yəni bir stəkan
buzlu su yoxdu?!
Bayram axşamı
Bir masa arxasında
Biri acdı, biri toxdu.
Birinə istidi, birinə
soyuqdu.
Biri var, biri
də var,
Göydən düşən üç alma yoxdu.
Olur
Gözəlin erkəyə dediyi tərif
Gözəl olur,
Amma gözəl yalan olur.
Düşmən düşməndi,
Bəzən mərd düşməndən adama
aman olur.
Dostun düşmən olanı yaman olur,
Deməyə ar eyləyən
İçində cəhənnəm oduna yanan olur.
Mərdliyin, mənliyin talan olur,
Sonra da olan
olur.
Yoruldum insan olmaqdan
Allahım, yoruldum insan olmaqdan,
Gələn ömrümdə məni ağac eylə.
Bir az dadlı
meyvəsi olan,
Yarpaqlarının pıçıltılı
səsi olan,
Sərin kölgəsi olan
Bir ağac.
Nə yaşıl qanadlarımla uça bilim,
Nə də köklərimdən
qırılıb
Tək ayağımla qaça bilim.
Başımda insan bəlası
olmasın.
Barı meyvəmi yeyənlərin,
Kölgəmdə dincəlib "oxay" -deyənlərin
Əlində baltası olmasın.
Gözlərimi yumanda
Gözümü yumub
Xatirələrimin işığında
yaşayan
Keçmişimə qayıdıram.
Doğma yerlərə, köhnə vərdişimə,
Köhnə işimə qayıdıram.
Nənəmin, babamın təndir çörəyi
ətirli
Əziz səsinə.
Atamın, anamın oğrun-oğrun mənə
baxıb
Gülümsəməsinə
qayıdıram.
Qızları sevərdim,
Nə eşqimi aça bilərdim,
Nə də qayıdıb
qaça bilərdim.
Yanardım öz içimdə
Şöləsi titrəyən şam kimi.
Hələ də xatirəmdə
yanır o sevgilər
Hərəsi oğurluq bir axşam kimi.
"Yox!" cavabı almaqdan qorxmuşam.
Yox cavabından yox!
Qızın yanında qəfil ölməkdən
qorxmuşam.
Kirpiklərdən yağan
Odlu yağışlar kolleksiyam var.
Dünyada ən zəngin
Oğrun baxışlar kolleksiyam var.
Yaxşı ki, var!
Yoxsa indi gözümü
yumanda
Dibsiz bir qaranlığa
qərq olardım.
Bəlkə də çoxdan
ölərdim.
Yol gəlir
Doqquz aydı yol gəlir,
Hardan, hansı həyatdan? -
Bəlkə də kainatdan.
Bir işıq zərrəsidi,
Bəlkə də bir
nəsilin
Yüzillər arxasından
Geri dönən səsidi.
Suya, havaya, yerə
Doqquz aydır isnişir.
Anasının gözündən
Gözünə işıq düşür..
Anasının səsini,
Nəfəsini izləyir.
Əlinin sığalını
Layla kimi gözləyir.
Heç zaman görmədiyin
Ən doğma insan gəlir.
İki eşqin odundan
Yaranmış bir can gəlir.
Dünyaya gəldiyi an,
Bu havanı udan tək,
Ağlayacaq bu mələk.
Ağlar sevincdən, qəmdən
Biz onu hardan bilək.
İnsan, sən bu dünyada
Özün də bir
dünyasan.
Gəlin elə yaşayaq
Dünyaya gəldiyinə
Peşman olmasın insan!
Yazığın gəlsin, Allah
Kişinin şan-şöhrəti
Özünə ağır yükdü.
Ədası, şıltaqlığı
Qələm əhlinə görkdü.
Özünə baxır, görür,
Özündən də böyükdü.
Bəzən elə darıxır
Dünya ona dar
olur.
Tez-tez qiblə dəyişir -
Səhər müxalifətdi,
Axşam iqtidar olur.
Heç özüm də bilmirəm
Nə deyim, vallah,
buna.
Yazıqdı - bəla vermə,
Bəlaya mübtəladı.
Ağıl ver, Allah, buna,
Ağıl da bir
bəladı.
Bilmirəm bacarıqdı,
Yoxsa tale-baxtdı bu.
Havadan tutur, duyur
Günü, ayı, vaxtı bu.
İşi də yaxşı
gedir,
Yəqin elə haqdı bu.
Bəzən də boş
buraxır,
Özü bir "quş" buraxır,
Tez haray-həşir salır,
Saqqallı uşaqdı bu.
Heç özüm də bilmirəm
Nə deyim, vallah,
buna.
Yazıqdı - bəla vermə,
Bəlaya mübtəladı.
Ağıl ver, Allah, buna,
Ağıl da bir
bəladı.
Yüz yol özündən
deyər,
Başqasından söz deməz.
Yalançı deyil, amma
Bərk ayaqda düz
deməz.
Paxıllığı tutanda
Öz-özünə "döz" deməz.
Ulağın tərifləyər,
Köhlənlərə lağ eylər.
Bəzən ağı qaralar,
Bəzən də lap ağ eylər.
Dostlarının uğrunu
Ürəyinə dağ eylər.
Heç özüm də bilmirəm
Nə deyim, vallah,
buna.
Yazıqdı - bəla vermə,
Bəlaya mübtəladı.
Ağıl ver, Allah, buna
Ağıl da bir
bəladı.
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2011.- 8 iyul.-
S.5.