Azərbaycanda Atatürk Mərkəzində Dünya Azərbaycanlılarının III Qurultayı çərçivəsində konfrans keçirildi  

     

 Dünən Azərbaycanda Atatürk Mərkəzində Dünya Azərbaycanlılarının III Qurultayı çərçivəsində konfrans keçirilmişdir.

Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Dağıstan və başqa türkdilli xalqların nümayəndələrinin iştirak etdikləri konfransda ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı dəfələrlə xatırlanmış, vaxtilə dahi rəhbərin dünya azərbaycanlılarının təşkilatlanmasına göstərdiyi qayğı xüsusi vurğulanmışdır.

Konfransda Qırğızıstandan Sultanmurat Yermantay, Qazaxıstandan Yəhya Yusif Caniyar, Dərbənddən Nurəddin Karaçayev, İran Azərbaycanından Sayman Aruz, Xuraman Məmmədova, Azərbaycandan Əli Əliyev, Babək Alitürk, Məhəmməd Teymurlu, Azadə Hüseynova, Aidə Şirinova, Zərəngiz Dəmirçi Qayalı, Telman Dəmirli, Dünyaxanım Əliyeva, Zeynəb Qurbanova, Mərcan Şahbuzlu və başqaları 300 milyonluq türk xalqlarına xoş arzularını ifadə etmişlər.

Tədbir çərçivəsində Y.Y.Caniyarın Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi "Turan Mübarizi" kitabının təqdimatı olmuşdur.

Konfransda Y.Y.Caniyar Türk Xalqları Ümumdünya Assambleyasının (TXÜA) Bakı təmsilçiliyinin yaradıldığını elan etmişbildirmişdir ki, hər il mayın 4-ü dünyanın hər yerində TXÜA tərəfindən Türk günü kimi qeyd ediləcəkdir. 

 

 

Ədəbiyyat qəzeti.- 2011.- 8 iyul.- S.6.