Tacik dilində

 

Qardaş tacik xalqının Azərbaycan ədəbiyyatına bütün dönəmlər üçün doğma münasibəti yenə də yetərli şəkildə davam etməkdədi. Tacikistanın "İstedad" nəşriyyatında bu yaxınlarda işıq üzü görən "Mədinə nənənin qəlbi" toplusu da ədəbi əlaqələrimizin necə bir ehtiramla yaşadılmasından xəbər verir.

Topluya xalq yazıçıları Mehdi Hüseynin, Mirzə İbrahimovun, Əli Vəliyevin, Hüseyn Abbaszadənin, Elçinin, Əkrəm Əylislinin, eyni zamanda Yusif Vəzir Çəmənzəminli, Əhməd Mirzəcəfərli, Xalidə Hasilova, Vaqif Musa, Nahid Hacılı, Samir Tağızadə və Adil Rəhimovun hekayələrindən seçilmiş nümunələr daxil edilib.

Seçilmiş əsərlər tacik oxuculara Azimgil Hacimovun çevirməsində təqdim olunub.

Yeni nəşr qardaş xalqlar arasındakı ədəbi-mədəni əlaqələr körpüsünə dəyərli töhfə kimi maraqlı və təqdirəlayiqdir.

 

 

S.Aranlı

 

Ədəbiyyat qəzeti.- 2011.- 8 iyul.- S.3.