Herostrat

 

Çıxart niqabını, görünsün üzün,

Onsuz da mən sənə bələdəm çoxdan!

Dünyada bir quru ad qoymaq üçün

Diana məbədin yaxdığın vaxtdan!

 

Min illər keçsə gərdiş selində,

Həmən cinsən, fəqət yarağın başqa.

Mən səni tanıdım dayaq əlində

Müqəddəs pirlərə tuşlanan daşdan!

 

Sözdən baş qaldıran ucalıqlara

Baxdıqca bir duyğu içini didir.

Seçdiyin hədəflər vermədən ara,

Yaralı yerinə toxunur bir-bir

 

Bu Fətəli, o da Cəlil zirvəsi,

Sabir dağıdır bu - dörd yanı ümman!

Bu Cabbarlı, o da Rəsul qülləsi,

Vurğun dağıdır bu - köksündə vulkan!

 

Saysız zirvələrdi göyləri dəlir,

Nura qərq etdikcə yurdu şöləsi!

Səninsə əlindən daş atmaq gəlir,

Ey şan dilənçisi, şöhrət köləsi!

 

Ağacı içindən çürüdər qurdu,

Heç bir dağa bu dərd, bu qəm yetməsin!

cür sınasa da Tanrı bu yurdu,

Sənin kimilərə möhtac etməsin!..

 

 

Akif Azalp

 

Ədəbiyyat qəzeti.- 2011.- 10 iyun.- S.3.