Bakıda A.S.Puşkinin anadan olmasının 212-ci
ildönümü qeyd
edilib
İyunun 6-da Aleksandr Sergeyeviç
Puşkinin 212-ci ildönümü
Bakının ən gözəl guşələrindən
birində ucaldılmış
abidəsi önündə
qeyd edilmişdir.
Rusiya Federasiyasının
Azərbaycandakı səfirliyinin,
Səbail rayon İcra
Hakimiyyətinin, "Sodrujestvo"
Azərbaycan xalqlarının
Respublika Həmrəyliyi
Cəmiyyətinin təşkilatçılığı
ilə keçirilən
görüşdə ölkəmizdə
fəaliyyət göstərən
müxtəlif xalqların
mədəni mərkəzlərinin,
ali və orta məktəblərin nümayəndələri, tanınmış
mədəniyyət və
incəsənət xadimləri
və KİV təmsilçiləri
iştirak etmişlər.
Tədbirdə A.S.Puşkinin şeirləri
səsləndirilmiş, nağıllarından
parçalar göstərilmişdir.
"Sodrujestvo" Azərbaycan xalqlarının
Respublika Həmrəyliyi
Cəmiyyətinin sədri
Tatyana Kərimova, Rusiyanın ölkəmizdəki
səfiri Vladimir Doroxin,
xalq yazıçısı
Çingiz Abdullayev, Səbail rayon İcra Hakimiyyətinin başçısının
birinci müavini Xalidə Bayramova belə bir tədbirin
keçirilməsinin Azərbaycan
ilə Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin
gücləndirilməsində böyük rolu olduğunu vurğulamış,
insanların mənəvi
aləminin inkişafında
Puşkin poeziyasının
əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, Azərbaycanda
Puşkin XIX əsrin
20-30-cu illərindən tanınmağa
başlanmışdır. Şairin ölümünə ilk əsəri
Mirzə Fətəli
Axundzadə yazmışdır.
Puşkinin şeirlərinin Azərbaycan dilinə tərcüməsi ilə
Abbas Səhhət, Mikayıl Müşfiq, Məmməd Rahim, Rəsul Rza məşğul olmuşlar.
Qeyd edək
ki, 2001-ci il
oktyabrın 12-də Puşkinin
Bakıdakı abidəsinin
açılışı olmuşdur. Abidənin açılışında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev iştirak etmişdir.
Həmin vaxtdan hər il
iyunun 6-da böyük
rus şairinin ad günündə poeziya həvəskarları abidənin
önünə gəlirlər.
Ədəbiyyat qəzeti.- 2011.- 10 iyun.- S.2.