"Ədəbiyyat qəzeti"nin baş redaktoruna

 

  Hörmətli Ayaz müəllim!

 

Anadan olmağımın səksən illiyi yüksək dövlət mükafatı ilə təltifim münasibətilə yubiley tədbirlərimi təşkil edən və keçirən - Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinə, başqa ictimai təşkilatlaraqurumlara; teleqram məktub göndərən, xatirə "ünvan"ları ilə yaradıcılığımı qiymətləndirən hörmətli şəxsiyyətlərə, qələm dostlarıma, yubiley gecələrimi şərəfləndirən natiqlərə, ədəbiyyat və incəsənət xadimlərinə, qəzet və jurnallarımıza, televiziya radio şirkətlərinin rəhbərliyinə, çəkiliş qruplarına, Gəncə-şəhər, Kürdəmir, Xəzər, Ağstafa rayon İcra Hakimiyyətlərinə və bütün oxuculara, yubiley görüşlərimi gözəl idarə edən AMEA-nın müxbir üzvü, görkəmli ədəbiyyatşünas alim Nizami Cəfərova, yubileyim ərəfəsində əsərlərimin yeddicildliyini çapa hazırlayan nəşriyyat işçilərinə və mətbəədə cildlərimin çıxmasına himayədarlıq edən dostum poliqrafçı Səməd Bağırova qəzetiniz vasitəsilə dərin təşəkkürümü bildirirəm.

Eləcə də Amerikanın Nyu-York şəhərində fəaliyyət göstərən və bu günlərdə mənim yubileyimi keçirən Dağ Yəhudiləri Ağsaqqallar Şurasının sədri şair Raşbil Şamayevi, Mədəniyyət mərkəzinin prezidenti Yakov Abramovu, "Yeni üfüqlər" qəzetinin redaktoru Nobert Yevdayevi, Nyu-Yorkda Azərbaycan diasporunun sədri Ercan Yerdələnlini, Tehrandan yubileyə gəlib qarışan müğənni Yunus Baroməndi, baş həkim Fərzanə Qasımovanı və Almaniyada yaşayan qələm dostum Simax Şeydanı Bakıdan qardaşlıq duyğuları ilə salamlayıram.

Hörmətlə,

 

 

Nəriman Həsənzadə

xalq şairi

 

06.06.2011

 

Ədəbiyyat qəzeti.- 2011.- 17 iyun.- S.2.