Gənc Tamaşaçılar
Teatrında
İyunun 14-də Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında
Naxçıvan Dövlət Dram Teatrının quruluşunda
Adil Babayevin ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş "Koroğlunun
Çənlibelə
qayıdışı" tamaşası təqdim olundu.
Böyük şairimiz Hüseyn Cavidin "Kəssə hər kim tökülən qan izini, - Qurtaran dahi odur yer
üzünü" fikriylə
səsləşən əsərdə öz xalqının, vətəninin tarixi inkişafında əvəzsiz xidməti olan
ulu öndərin siyasi uzaqgörənliyi, yenilməz əzmi və
inamı incə cizgilərlə
əks olunub, ümumi
düşmənlərimizin xəyanəti
və məkri damğalanıb, ümummilli
liderə olan sonsuz xalq sevgisi
ifadə olunub.
Tamaşanın sonunda əsərin
müəllifi Adil Babayev
söz alaraq pyes üzərindəki
işindən danışdı, əsərin tamaşaya
qoyulmasına göstərdiyi
köməkliyə görə Naxçıvan Ali Sovetinin sədri
Vasif Talıbova, Bakı Metropolitenin
rəisi Tağı Əhmədova
və Naxçıvan Dövlət Musiqili
Dram Teatrının rəhbərliyinə
dərin təşəkkürünü bildirdi.
S.Əsgərli
Ədəbiyyat
qəzeti. - 2011. - 17 iyun. - S.6.