"Hər igid bir
ordudu"
Əziz Musa. "Mübariz dastanı".
"Mütərcim" - 2011
"Bu torpaq Koroğlunun, Cavanşirin yurdudur, hər oğul bir vətəndir,
hər igid bir ordudur" - düşüncəsi, məramı
ilə baş-başa
yazılıb Əziz
Musanın Azərbaycanın
Milli Qəhrəmanı
Mübariz İbrahimovun
mənalı, bütün
Türk dünyasının
qürur yeri olan ömür yolundan bəhs edən "Mübariz dastanı" poeması.
Yeni nəşr
ulu öndər Heydər Əliyevin müdrik kəlamı ilə açılır:
"Şəhidlərin ruhu
məni ağrıdır.
Həlak
olan Azərbaycan vətəndaşlarının surəti hər gün gözümün qarşısına gəlir.
Lakin torpağın, vətənin
müdafiəsi hər
birimiz üçün
ən ülvi, ən müqəddəs vəzifədir. Bu müqəddəs vəzifənin
yerinə yetirilməsində
şəhid olanlar cənnətə gedirlər.
Onların qəhrəmanlığı xalqın yaddaşında daim yaşayacaqdır".
Şəhid olaraq cənnətə
gedənlərin ümumiləşdirilmiş
obrazı "Mübariz
dastanı"ndan bütöv,
boyaboy keçir. Əlbəttə ki, ön planda qürur, heyranlıq və minnətdarlıq hissidi.
Eyni zamanda, poemada yurd, torpaq itkisindən
doğan dərin kədər hissi, köçkün, qaçqın
həyatının acılarından
doğan duyğular da öz poetik
təqdimini tapıb.
Bütün bu düşüncələr
Mübariz İbrahimovun
şərəfli şəhid
adı fonunda, onun cəsur ruhu ilə həsbi-halda
verilir. Əzəldən bu torpağa,
bu yurda bağlı olanların havası, ətri bütün poema boyu dönə-dönə
gəlib bir daha yaddaşdan keçir. Əhdi, vəfanı əziz tutanların, milli kimliyə tapınanların
dastanıdı bu. Adamı səfərbər
edir, yönəldir, yurd uğrunda savaşa qoşur və "canımı verərəm bu vətən üçün"
deyənlərin dilindən
oxunur, Azərbaycan insanını bir səngərdə dayanmağa
səsləyir.
"Mübariz dastanı" şəhid
ruhu qarşısında
oxunan dua, xatirəsi önünə
qoyulan çiçək,
eyni zamanda, əzəli yurd yerlərimizə qayıdış
səslənişi kimidi. Hər misra, həp bənd bir daha bəyan
edir ki, yerdə qalmaz bu nahaq qan!
S.Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2011.- 24 iyun.- S.6.