Muzeydə imza günü

 

  Bu günlərdə Sumqayıt şəhərinin Tarix muzeyi öz qapılarını bu şəhərdə yaşayan poeziyasevərlərin üzünə açdı. Həmin gün Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə şair İbrahim İlyaslını "Avrasiya Press" nəşriyyatı tərəfindən çap olunmuş "Yuxuma söykənmiş adam" adlı yeni şeirlər kitabının "İmza günü" keçirildi.

Tədbiri giriş sözü ilə AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvan açaraq yazıçı ilə oxucu arasında birbaşa ünsiyyət yaradılmasında, oxucuların kitaba olan münasibətinin formalaşmasında "İmza günü"nün əhəmiyyətindən və İbrahim İlyaslının oxuculara təqdim edilən sayca üçüncü kitabının poetik dəyərindən danışdı.

Sonra şair Əvəz Mahmud Lələdağa İbrahim İlyaslının poeziyada qazandığı uğurlardan söhbət açdı və bu cür tədbirlərin keçirilməsini təqdir etdi.

Aşıq İlham Astanbəyli şairin bir neçə şeirini saz havaları üstə ifa etdi.

Şair Məmməd İlqar İbrahim İlyaslını çağdaş poeziyamızı yaradanların istedadlı nümayəndələrindən biri kimi dəyərləndirdi. Şairlərdən Şaiq Vəli, Qənirə Mehdixanlı keçirilən tədbirə və İbrahim İlyaslının yeni nəşr olunmuş şeirlər kitabına öz münasibətlərini bildirdilər.

Sonda İbrahim İlyaslı oxucular tərəfindən alınmış yeni kitabına avtoqraflar yazdı.

 

 

Ələddin Əmirli

 

Ədəbiyyat qəzeti.- 2011.- 24 iyun.- S.5.