Cəlil Məmmədquluzadə və
ana dili
Böyük ədib
C.Məmmədquluzadənin anadan olmasının 142 illiyi (son araşdırmalara
görə C.Məmmədquluzadənin
doğum tarixi
1866-cı ildən deyil
1869-cu ildən hesablanır)
münasibətilə onun
Bakıdakı ev muzeyi Səbail rayon Mərkəzi
kitabxanasında "Cəlil
Məmmədquluzadə yaradıcılığında
ana dili və Azərbaycançılıq"
mövzusunda elmi-ədəbi
məclis keçirdi.
Tədbiri Mərkəzi
kitabxananın direktoru Nüşabə Ələkbərova
açaraq tədbirin məram və məqsədi haqqında
məlumat verdi. Ev-muzeyin
direktoru Pərixanım Mahmudova ədibin
yaradıcılığından qısa söhbət
açdı. Muzeyin elmi əməkdaşı
Fazilə Hümmətovanın
aparıcılığı ilə keçən tədbirdə muzeyin böyük elmi
işçisi Yeganə Məmmədova mövzu ətrafında
məruzə ilə çıxış etdi. Tədbirdə
"Ədəbiyyat qəzeti"nin məsul katibi Atababa
İsmayıloğlu, Nizami rayon Uşaq və Gənclər Mərkəzinin
dərnək rəhbəri Xanım İsmayılova, əməkdar
artist Azad Şükürov, ədəbiyyatşünas Rasim Nəbioğlu 150
saylı məktəbin Azərbaycan dili və ədəbiyyatı
müəllimi, əməkdar müəllim Məlahət
Babakişiyeva, N.Nərimanovun xatirə muzeyinin direktoru Kamilə
Hüseynova, muzeyin elmi əməkdaşı Rəna Qəhrəmanova,
C.Cabbarlının ev-muzeyinin əməkdaşı Qəmər
Seyfəddinqızı, Ə.Əzimzadənin ev-muzeyinin
direktoru İradə Əzimova və başqaları
çıxış etdilər. Məruzə və
çıxışçılar C.Məmmədquluzadənin
ana dilinin qorunması uğrundakı
ardıcıl mübarizəsindən,
felyetonları vasitəsi
ilə o zamankı rus-tatar (Azərbaycan) məktəblərində
ana dilinin yasaq olunmasına qarşı
çıxışlarından söhbət açdılar.
Onlar qeyd etdilər ki, ədibin 1906-cı ildən
başlayaraq ömrünün sonuna kimi nəşr etdirdiyi
"Molla Nəsrəddin"də işıq üzü
görən hər bir yazısının özü də ədəbi
dilimizin bariz nümunəsidir. Onun Əzim Əzimzadə
və digər mollanəsrəddinçi rəssamlara
sifariş verdiyi yaxud mətnini yazdığı karikaturalarda
da bu mövzu öz əksini tapırdı. Xalqa bağlı olan, onun dərdlərinə yanan
yazıçı öz vətəninə, dilinə xor baxan
nadürüstləri "Molla Nəsrəddin"in aynası
vasitəsi ilə ifşa edirdi.
Çıxışçılar ədibin dram əsərlərindəki
dilin saflığını
da nəzərə çarpdırdılar. Eyni zamanda bildirdilər ki, onun "Anamın kitabı" adlı pyesinin mövzusu bir başa dilin qorunmasına, onun nümunəsində Vətənin
bütövlüyünə həsr olunmuşdur.
Qeyd etmək lazımdır ki, "Molla Nəsrəddin"in dili Azərbaycan ədəbi dilinin, xüsusən də satirik dilin formalaşmasında mühüm əhəmiyyət
kəsb etmiş, nümunə, örnək
rolunu oynamışdır.
Tədbirdə məktəblilərin və
İctimai-siyasi Universitetin
tələbələrinin ifasında
C.Məmmədquluzadənin feletonlarından, hekayələrindən
nümunələr ifa
olundu, tədbir iştirakçıları ədibin
ev-muzeyi tərəfindən
hazırlanmış sərgiylə
A.
Xiləli
Ədəbiyyat
qəzeti.- 2011.- 4 mart.- S.2.