Vicdanlar dil açınca
Tanınmış
yazıçı, Azərbaycan nəsrində və
poeziyasında xüsusi dəst-xətti
olan Vidadi Babanlının geniş oxucu kütləsinə yaxşı tanış olan
"Vicdan susanda"
romanı yaxın günlərdə Tehranda
nəfis tərtibatla
işıq üzü görüb.
Romanın üzünü fars
əlifbası ilə Taymaz
Taymazlı köçürüb.
Bir ucu da sovet
pedaqogikasından, elm adamlarının,
yaradıcı insanlarımızın gündəlik həyatından
ağır dirənişləri ilə keçən kommunist ideologiyasının
basqıları və yaşam
tərzinin romandakı
təsvirinin qonşu dövlətin
sənətsevərləri tərəfindən
maraqla qarşılanacağına
inamlıyıq.
V.Babanlının
eyniadlı əsəri "Vicdan sustuğunda" adı
altında Qafqaz Universiteti
Yayınları layihəsi çərçivəsində
də işıq üzü görüb. Məşhur əsərin
Türkiyə türkcəsinə uyğunlaşdıranı
Dr.Ərdar Karaman, yayım
rəhbəri dr.Məmmədəli
Babaşlıdı.
Professor Cihan Okunyucunun yeni nəşrə yazdığı
maraqlı ön sözdə
deyilir: "Bir
araşdırma mərkəzindəki
müəllim və tərbiyəçilərin daxili çəkişmələrindən
bəhs edən "Vicdan
susunca" bu əsas
hədəf ətrafında hardasa bütün insani
münasibətlərə, bu münasibətlərin çoxçeşidliyinə
yer verir. İntəhasız
eşq, əxlaq, vəfa, sədaqət, qısqanclıq, yalan,
şöhrət, güc, kin,
fədakarlıq… Qısaca, yaxşı və
pis olan hər bir şey…
Romanda məsələnin yaxşı tərəfini
qəbul edilmiş bir
şöhrət, nüfuz sahibi
olan professor Söhrab və onun qeyrətli assistenti Vüqar təmsil edir. Qarşı tərəfdə isə elmi
əxlaqını şəxsi
ehtiraslarına qurban verən
və bunu edərkən də normal mübarizə əxlaqını tapdamış olan professor Bəşir Bəşirli bulunmakdadı. Orta nəsli təmsil edən Ziya Lələyev isə hakim gücə görə mövqeyini dəyişənin biridi.
Professor Bədirbəyli
rəqibi olan professor Söhrabı
sındırmaq üçün onun gənc assistenti Vüqarı əzmək və elmi həvəsini söndürmək
istəyir…"
Ön söz müəllifi əsərin məzmununu
özünəməxsus bir duyarlıqla davam etdirir. Vurğulayır ki, bu maraqlı romanı oxuduqca, burada yazılanların vaxtilə özünün
də təhsil
aldığı universitetdə üzləşdiyi hadisələr,
baş verən çəkişmələrlə necə də
səsləşdiyini görüb: "İndi iyirmi
yaşında olan gənclər
bu əsərdə bəhs edilən siyasi rejimi nə
yaşadılar, nə də gördülər. Buna görə də roman çağdaş
gənclik tərəfindən də böyük maraqla oxunur və bəyənilir…"
İnanırıq
ki, bu gözəl
roman bütün dövrlər üçün
öz təravətini
beləcə hifz edəcək.
S.Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2011.- 4 mart.- S.3.