Açıq məktub
Möhtərəm
müdir əfəndi!
Mərhəmət
naminə şu məktubunun
dərcini rica ediyorum. Verxnaya Naqornı
küçəsində 5 nömrəli evdə Ağabacı
adında 7-8 yaşlı bir yetim qız müdhiş vərəm xəstəliyinə düçar
olduğu halda
yaşamaqdadır. Möhtərəm doxdur
Bəhram bəy Axundov cənablarının
təşyiəsilə onu
Bakıda vərəm
xəstəliyilə mücadilə edən cəmiyyətin xəstəxanasına
yerləşdirmək istənilirdi. Lakin daha kiçik ikən
anasından ayrılan Ağabacı qədər sevdiyi nənəsindən
bir an ayrılmaq
istəməyir. Budur ki,
doxdur Vəkilov cənablarına müayinə
etdirdim. Xəstəliyin
məhlək (təhlükəli, qorxulu - A.B.) olduğu və Bakının
havası ilə saziş etmədiyi
məlum oldu. Doxdur xəstənin bir an əvvəl
Bakıdan getməsini lazım görüyor.
Əfsus ki, gündəlik
məaşını işləməklə qazanan
qoca nənəsi üçün bu, imkan xaricindədir. Qoca arvadın gedəcəyi yer var: Salyanda
bir qızı
vardır. Qızın da Salyan
ətrafında yaxşı bir bağı var. Ağabacını ora
aparmaq mümkündür.
Lakin fəqir və səfalət bunun qarşısını alıb
kiçikyaşlı Ağabacını xəstəliyin dəhşətli
cənginə təslim etdirəmkdədir. Qoca
arvad bana müraciət
edib kömək istəyir.
Bən də üzümü
qəlblərində İslam
mərhəməti olan "Açıq söz"
oxucularına tutub onlardan
bu kiçik yetimin halına rəhm etmələrini,
onun xəstəliyinə
bir çarə olmaqdan
ötrü Bakı
havasından uzaqlaşdırmalarını diləyirəm. Ümidvaram ki, ömrünü keçirmiş
olan qoca seyidə
ianə edənlər daha ömrünün baharını
görmədən zalım mərəzin öldürücü
əlində məhv olmaqda olan ata
və anasız kiçik Ağabacıya
ianə etməkdən müzayiqə etməyib
özlərinin cüzi ianələrilə
bunun yaralı ciyərlərinə məlhəm
sürtmüş
olarlar.
Abdulla Şaiq
"Açıq söz" qəz. 30 may 1916 №.198, səh. 4.
Ədəbiyyat
qəzeti.- 2011.- 4 mart.- S.3.