vərəqin paklığında

        

"İlyas Əfəndiyev: şeirə sığmayan ömür" kitab-albomuna əsasən Azərbaycan şairlərinin bu görkəmli sənətkara həsr etdikləri şeirlər daxil edilib. Günay Əfəndiyevanın tərtib etdiyi yeni nəşr "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə işıq görüb. Bu barədə kitab-albomun martın 16-da Muzeylər Mərkəzində keçirilən təqdimat mərasimində ətraflı söz açıldı. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimdə xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin bənzərsiz şəxsiyyəti və yaradıcılığından söz açdı: "Ümummilli lider Heydər Əliyevin sözlərilə desək, İlyas Əfəndiyev Azərbaycan tetarına çox böyük töhfələr verib, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. Ustad sənətkarın xatirəsinə dərin ehtiram əlaməti olaraq işıq üzü görən kitab-albomla tanış olduqca, gözlərim önündə görkəmli bir şəxsiyytəin unudulmaz siması yenidən canlandı. İlyas müəllimin yaradıcılığı həmişə dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib." Ulu öndər Heydər Əliyev onun ölməz pyesləri əsasında hazırlanan tamaşalara maraqla baxır, yüksək qiymətləndirirdi. İlyas müəllimə verilən yüksək fəxri ad diplomlar bu xoş münasibətdən irəli gəlirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə görkəmli ədibin yubileyi ölkəmizdə yüksək şəkildə qeyd edildi. Bu belə də olmalıdı. Çünki öz xalqı üçün yaşayanlar yaşadılmalıdı. Mənə ustad yazıçının ömrünün lap son illərində onun şəxsən tanış olmaq, görüşmək xoşbəxtliyi nəsib olub. O xoş dəqiqələri heç vaxt unutmuram. O qısa ünsiyyət mənə Azərbaycan teatr sənətinə yeni bir çalar, məzmun gətirmiş müdrik bir insanın əsl simasını təqdim etdi".

Sonra görkəmli ədibin həyat və yaradıcılığından bəhs edən sənədli filmdən fraqmentlər təqdim olundu. filmdə bir əsas cəhət önə çəkilmişdi ki, bu gün teatr salnaməmizdə Hüseyn Cavid, Cəfər Cabbarlı teatrı ilə yanaşı, İlyas Əfəndiyev teatrının laiyqli yeri var. Deyilirdi ki, İlyas Əfəndiyevin sevə-sevə yaratdığı obrazlar çoxsaylı oxucular və tamaşaçılar üçün eyni zamanda da real insanlara çevrilmişdilər. Film boyu bu barədə tanınmış rejissor Mərahim Fərzəlibəyov, xalq artisti Əlabbas Qədirov, xalq yazıçıları Anar, Elçin başqaları da ən səmimi duyğularla söz açırdılar. Deyilənlərin fonunda Şuşanın, füzulinin unudulmaz mənzərələri yenidən göz önündə canlanırdı. O kadrlar boyunca İlyas müəllim yenə də sevimli Qarabağı ilə baş-başa, nəfəs-nəfəsə təqdim edilirdi.

Tədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev çıxış edərək dedi: "Hər şeydən əvvəl mən ənənəvi Novruz bayramı qarşısında İlyas Əfəndiyev sevənləri bir araya gətirən gözəl bir kitabı - "Şeirə sığmayan ömür" adlı poeziya çələngini bizə ərməğan edən insanlara dərin minnətdarlığımı bildirirəm. Mənim yadımda bu qəbildən olan iki kitab qalıb: Səməd Vurğun Üzeyir Hacıbəyli haqqında şeirlərdən ibarət ayrıca kitablar. Birinin adı çox qəribə idi: "Üzeyirbaycan". O da elə Səməd Vurğunun "Ölüm sevinməsin qoy" sözlərilə başlayan məşhur şeirlə açılırdı… Bəs İlyas Əfəndiyev haqqında 35 şairin 40-a yaxın şeri yazıb çap etdirməsinin səbəbi nə idi?

Birinci səbəb o idi ki, İlyas Əfəndiyev xalqımızın ədəbiyyatının, estetik fikrinin tarixində görkəmli xidmətləri olmuş parlaq istedadlı, qüdrətli bir dramaturq idi. İkinci səbəbi isə onda görürəm ki, Günay xanımın sıcaq müqəddiməsində deyildiyi kimi, İlyas Əfəndiyev çox poetik bir şəxsiyyət olub. Əlavə edim ki, İlyas müəllim Azərbaycan nəsrinin şairi kimi şərəfləndirilən iki məşhur ədibin biri idi. Nəsrimizin şairi olaraq şərəfləndirilən digər sənətkarımız isə Ənvər Məmmədxanlı olub.

Mədəniyyət Turizm Nazirliyi bu kitabı nəşr etməklə böyük qədirşünaslıq nümayiş etdirib. Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər uzunmüddətli fəal yaradıcılıq əlaqələrində olmayıb. On illər boyu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ya öz mövsümünü İlyas Əfəndiyevin yeni pyesi ilə açıb, ya da həmin mövsümdə onun yeni əsərinin tamaşasını göstərib. Bu, çox əlamətdar bir faktdır bir daha MədəniyyətTurizm Nazirliyinə minnətdaram ki, sevimli sənətkarımızın parlaq xatirəsini belə, sözün ən müstəqil mənasında parlaq bir kitabla yad etmişdirMən belə hesab edirəm ki, kitabın bu cür qəlbəyatan bir məzmunda çox cazibədar bir görkəmdə hasilə yetməsində Günay Əfəndiyevanın öz babasının yaradıcılıq irsinə, onun əziz xatirəsinə sonsuz sevgisi, Üzeyir bəy demiş, "əlinin bərəkəti" öz nəcib, taleyüklü rolunu oynamışdır.

Elçin öz analitik ön sözündə Ramiz Rövşənin üç bəndlik bir miniatürünü nümunə gətirir və yaxşı da edir. Bu şeirdə İlyas müəllimin böyük, mənalı ömrünün dinamikası, onun taleyinin xarakterinin aparıcı yönləri uğurla tərənnüm edilir. Lakin öz poetik bəkarəti etibarilə bu, kitabdakı yeganə şeir deyil. "Vətəni qəlbində daşıyanların ömür bağçasının gülləri solmur" beytinin müəllifi Süleyman Rüstəm, Mədinə Gülgün, Fikrət Sadıq, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Hüseyn Kürdoğlu, Çingiz Əlioğlu, İlyas Tapdıq və Vahid Əzizin bir-birindən maraqlı şeirləri kitabda öz qanuni yerini tutmuş son dərəcədə səmimi əsərlərdir".

AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov çıxışında qeyd etdi ki, vaxtilə görkəmli yazıçı İsa Hüseynov oçerkində atasından yazmasını onu daha yaxından tanıması ilə əsaslandırırdı: "Günay xanım da babası İlyas Əfəndiyevi yaxşı tanıyır. Bəlkə bir başqa tərtibçi bu kitab-albomu başqa bir strukturda hazırlayardı. Lakin bu nəşrin özəlliyi onun İlyas müəllimə çox yaxın bir adam tərəfindən hazırlanmasıdıburada xüsusi sevgi, həssaslıq ön plandadı. İlyas Əfəndiyev Kommunist Partiyasının üzvü olmamışdı, dövlət işlərində çalışmamışdı. O, həyatını tam bir yazıçı masası arxasında keçirmişdi. Onun üçün ən əsası insanlar idi. Və bu insanlar üçün heç bir vəzifə gözləntisi yoxdu, onlar sadəcə olaraq həyatın bir parçalarıdır. Kitaba daxil edilən şeirlər də İlyas müəllimin bu bənzərsiz münasibətinə olan heyranlıqdan yaranıb. Bu şeirlərin müəllifləri İlyas müəllimi yaxşı tanıyan insanlardı…"

Xalq artistləri Amaliya Pənahova və Azərpaşa Nemətov da çıxışlarında İ.Əfəndiyevin ölməz sənətindən, bənzərsiz yaradıcılığından söz açdılar: "Ədibin bütün əsərləri, eyni zamanda "Hökmdar qızı" həm İlyas Əfəndiyevin, həm də Qarabağı özündə yaşadır. Bu əsərlər bu gün aktualmüasirdi…"

Xalq şairi Zəlimxan Yaqub İlyas Əfəndiyev şəxsiyyətini işıq obrazı ilə müqayisə etdi: "Onun həm mənəvi, həm də cismani varlığında bir işıq obrazı vardı. Mən onun tamaşalarına gedəndə iki tamaşaya baxardım - bir əsərin özünə,birözünün nurlu simasına baxardım. İlyas müəllim ədəbiyyata "Kənddən məktublar"ından çox-çox əvvəl Qarabağa, bütöv Azərbaycana olan sevgisilə gəlmişdi. Onun xalq cəmiyyət qarşısındakı ən böyük xidmətlərindən biri insanları birləşdirmək, doğmalaşdırmaq idi. İlyas Əfəndiyev bu missiyanı ləyaqətlə yerinə yetirdi. Azərbaycanın bütün dərdləri, problemləri onun ədəbi qəhrəmanlarının səhnə həyatından keçir. Görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev deyərdi ki, Azərbaycanda yeddi "Qarabağnamə" var. Səkkizinci "Qarabağnamə" İlyas Əfəndiyev "Qarabağnamə"sidi. Xalqın tərcümeyi-halını yazanlar sonda özləri də xalqın tərcümeyi-halına dönürlər. İlyas müəllimə həsr olunan bu kitab işıq rəngindədi və bu təbiidi. İlyas müəllim

 

Təzələr içində təzədən təzə,

Köhnələr içində köhnə kişiydi.

Uca şəxsiyyəti, əsərləriylə

Tamaşa kişiydi, səhnə kişiydi".

 

Sonda kitabın tərtibçisi Günay Əfəndiyeva kitabın araya-ərsəyə gəlməsində əməyi olanlara dərin minnətdarlığını bildirdi, tanınmış mədəniyyət ustaları çıxış etdi, Mirpaşa Mustafayevin ifasında unudulmaz "Qarabağ şikəstəsi" dil açdı.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 18 mart.- S.3.