Heydər
Əliyev haqqında
Ədəbiyyatımızın,
mədəniyyətimizin böyük dostu və hamisi
ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümünü dərin ehtiramla qeyd etdiyimiz bu günlərdə
onun unudulmaz sözlərini bir daha xatırlayır və
iftixarla dərk edirik: “Milli özünüdərk, milli
oyanış, dirçəliş prosesi xalqımıza birinci
növbədə ədəbiyyatdan keçir”.
Müstəqil
dövlətçiliyimizin Heydər Əliyev tərəfindən
formalaşdırılan mənəvi-ideoloji əsası
dünya azərbaycanlılarının həmrəyliyinin
möhkəmləndirilməsində həlledici rol
oynamışdır. Azərbaycan ziyalısını son əsrlərdə
ciddi düşündürən milli dirçəliş
problemləri bütöv şəkildə Heydər Əliyevin
fəaliyyəti sayəsində strateji dövlət siyasətinə,
əməli siyasi müstəviyə keçmiş və nəticədə
azərbaycançılıq məfkurəsi şüurlara
hakim kəsilmişdir. İki əsrin və iki minilliyin
qovuşuğunda xalqımız məhz onun sayəsində
milli-mənəvi dəyərləri layiqincə qoruyaraq,
üçüncü minilliyə inamla qədəm
qoymuşdur. Heydər Əliyevin adı bu gün bölgədə
və dünyada layiqli mövqe qazanmış Azərbaycan
dövlətinin rəmzi kimi səslənir.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Ədəbiyyat
qəzeti.- 2011.- 6 may.- S.1.