"Məhəbbətsiz bu həyat cəhənnəmdir"
Srağagün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında rejissor Kamran Şahmərdanın
quruluşunda xalq yazıçısı Elçinin
"Teleskop" pyesinin
ilk tamaşası
göstərilib. Tamaşada rolları Füzuli
Hüseynov (Kişi), İlahə Həsənova
(Qadın), Ramiz Novruz
(Cənab Cəbrayıl), Kazım Abdullayev (Cənab
Mikayıl), Hacı İsmayılov (Cənab İsrayıl), Əjdər
Həmidov (Cənab Əzrayıl), Münəvvər Əliyeva
(Arvad), Şükufə
Yusipova (Qayınana), Elşən Cəbrayılov
(Oğul), Məsmə Aslanqızı
(Qız), Sabir Məmmədov
(Dost), Şəlalə
Şahvələdqızı (Xanım), Elxan Quliyev (Həkim), Dilarə
Nəzərova (Şəfqət bacısı) və
başqaları ifa ediblər.
Tamaşanın
rəssamı Eduard Koçergin,
geyim üzrə rəssam Anna
Koçerginadır, musiqi tərtibatı
Həmid Kazımzadənin, rəqslərin quruluşu
Zakir və Yelena Ağayevlərindir.
Tamaşada hadisələr iki
məkanda - axirətdə və bu dünyada,
yaşadığımız cəmiyyətdə baş verir.
Əməkdaşımız
tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdanla
görüşüb ondan
qəzetimiz üçün
eksklüziv müsahibə
almışdır.
- Kamran
müəllim, gəlin
sizdən başlayaq. Özünüz haqda qısa
məlumat verə bilərsinizmi?
- Əslim Bakıdandır. Soy-köküm Novxanı kəndindəndir. 1972-ci ildə anadan olmuşam. Orta təhsilimi Bakıda
almışam. Bülbül
adına Musiqi Məktəbini bitirmişəm.
1979-cu ildən, yəni yeddi yaşımdan filmlərə
çəkilmişəm. İlk rolum Gülbəniz Əzimzadənin "Qaladan
tapılan mücrü"
əsərində olub.
Bütünlüklə on filmə çəkilmişəm.
Onlardan yeddisində baş rolun ifaçısıyam.
Sonra bir sıra filmlərdə
rejissor asissenti kimi işləmişəm.
Ümumiyyətlə, "Azərbaycanfilm"də təxminən on filmdə
rejissor assisenti olmuşam. "AzTV"-də, Ramiz Həsənoğlunun başçılıq
etdiyi "
Finlandiyaya köçdükdən sonra öz teatrımı
açmışam. İndi həmin teatr İmatra Bələdiyyə
teatrıdır.
Daha sonra öz təşəbbüsümlə teatr festivalları keçirmişəm. İndi dövlət
həmin festivala yardım edir. 2004-cü ildən müntəzəm keçirilir.
Daha dəqiq desək, Cənubi Koreliya Beynəlxalq Qara və Ağ Teatr festivalının təşkilatçısı və
bədii rəhbəriyəm.
İndiyə kimi otuz əsərə quruluş
vermişəm. Otuzuncu tamaşa
"Teleskop" əsəridir.
- Siz
bu otuz tamaşanı
hansı şəhərlərdə
hazırlamısınız?
- Müxtəlif ölkələrdə. Almaniyada,
Rusiyada (Sankt-Peterburqda),
Latviyada, Litvada, gördüyünüz kimi
Azərbaycanda…
- Bəs,
Elçin müəllimin
yaradıcılığına müraciət hansı ehtiyacdan doğdu, sizi cəlb etdi?
- Bir neçə
il əvvəl
Elçin müəllimin
"Mahmud və Məryəm" romanını
oxudum. Roman mənə
çox maraqlı gəldi. Onun yaradıcılığı ilə
geniş
Beləliklə, Elçin müəllimlə
ilk yaradıcılıq əməkdaşlığına
başladıq. Onun "Cəhənnəm
kirayənişinləri" əsərini bildiyimiz kimi, Rus
Dram Teatrında tamaşaya hazırladım.
- Bəs
"Teleskop" pyesində sizi cəlb edən nədir? Hər rejissor müəyyən
bir pyesə müxtəlif yönlərdən yanaşa bilər.
Bu əsərdə sizi hansı ideya, ali məqsəd
özünə cəlb etdi? Ümumiyyətlə,
tamaşada nəyi önə çəkmək istədiniz?
- Pyesi oxuyan kimi onu romantik komediya
janrında gördüm.
Bugünkü gündə insanlar bir aktual
mövzu ətrafında düşünür və ona cavab
axtarırlar: "Ölümdən sonra nə olacaq?". Ümumiyyətlə,
"ölüm" və "qalım" sualları bəşəriyyəti
düşündürən bir problemdir və həmişə
aktualdır. "Teleskop" pyesi ilə
maraqlanandan sonra bir çox məsələləri mən
özüm üçün kəşf etdim. Və mən tamaşada nə demək istədim?
Onun qısa cavabı belədir: "Ölüm yoxdur!". Ölümlə
qalımın arasında bir əbədi həyat var. O da məhəbbətdir.
Mən bu əbədi həyatı axirət
dünyası ilə bu dünya arasındakı keçiddə,
Mənim traktovkamda, quruluşumda o, cəhənnəmlə
cənnətin arasında məhəbbət
dünyasını seçir.
- Onda belə demək olar ki, sizin
tamaşanızda məhəbbətsiz həyat, hətta cənnət
özü də bir cəhənnəmdir.
- Əlbəttə!
- Aktyor oyunundan
razısınızmı? Axı ilk dəfədir ki, siz
Akademik Milli Dram Teatrın səhnəsində tamaşa
qoyursunuz.
- Mən əminəm ki, Milli Dram
Teatrının aktyor potensialı güclüdür, çox
böyükdür. Bununla fəxr etmək, eyni
zamanda ondan bəhrələnmək lazımdır. Özü də bu potensialdan yeni, müasir ruhda
istifadə etmək lazımdır. Bu məqamda bir fikri də
demək istərdim: "Pis aktyor yoxdur, pis rejissor var".
- Müasir
tamaşanın taleyində rəssamın da böyük rolu
var. Akademik teatrın tarixində də belə hallar az olmayıb. Bəzən rəssam bədii tərtibatıyla
quruluşçu rejissordan heç də az
iş görmür, əsərin ideyasının
açılması üçün cəlbedici bədii
detallar tapır, tamaşaçı ilə rejissor arasında
ünsiyyəti gücləndirir.
- Bildiyiniz kimi, tərtibatçı rəssam
kimi Sankt-Peterburqdan Eduard Koçergini dəvət etmişik.
O, uzun müddət məşhur rejissor Georgi Tovstonoqovla
işləyib. Mən deyərdim ki, Tovstonoqovu
Tovstonoqov edənlərdən biri də Koçergin olub.
Mən onun tərtibatından razıyam,
açığını deyim ki, ondan çox şey öyrəndim.
Elə bir adamla ünsiyyətdə olmaq və
işləmək şərəfdir. Geyim
eskizlərini də onun həyat yoldaşı Anna
Koçergina verib.
- Bəs
"Teleskop"un musiqisi haqqında nə
deyə bilərsiniz?
- Musiqi şübhəsiz ki, xalq musiqisi
deyil. Mən tamaşanı hazırlamaq üçün
Bakıya gəlməmişdən əvvəl tamaşanın
nəbzini hiss edirdim, onun ruhunu tutmağa
çalışırdım. Ona görə
musiqiləri seçib gətirmişdim. Burada
Həmid Kazımzadə ilə onu bir də nəzərdən
keçirdik. Məncə, "Teleskop"
tamaşasında musiqi çox mühüm rol oynayır.
- İndiyə
kimi, Milli Dram Teatrın tamaşalarında rəqslərdən
az istifadə olunub. Amma
"Teleskop"da tamaşanın bu ünsürünə
geniş yer verilib. Rəqslərə
üstünlük hansı zərurətdən yaranıb?
- Bilirsiniz, tamaşa rəqs olmadan da
yaxşı alına bilər. Bu məsələ
rejissorun özündən asılıdır. "Teleskop"da rəqsə ona görə
üstünlük verdim ki, əsərin janrını romantik
komediya kimi təyin etmişdim. Məncə,
bu janr üçün rəqs doğmadır.
- Yəqin ki, yenə də Elçin
müəllimin əsərlərinə quruluş vermək istərdiniz?
- Belə təklif olarsa məmnuniyyətlə.
- Bəs,
ümumiyyətlə Azərbaycana qayıtmaq haqqında
düşünürsünüzmü?
- Daha tam qayıda bilmərəm. Avropalaşmışam. Azərbaycan
da indi dəyişib, müasirləşib. İnanıram ki, Bakının da, Azərbaycanın
da gələcəyi çox gözəl olacaq. Mən başqa bir şəhərdən
çıxıb getmişdim. Qayıdanda
başqa bir şəhər gördüm. Bir
də bir çaya iki dəfə girmək olmaz. Amma mən azərbaycanlıyam və bununla fəxr
edirəm.
- Siz xaricdə
yaşayan azərbaycanlı kimi mədəniyyətimizi, teatr
sənətimizi uzaqdan izləyir, ona uzaqdan baxırsınız.
Azərbaycan teatrının dünya teatrı ilə
uzlaşması üçün nə lazımdır?
- Ancaq və ancaq işləyib, müasir
eksperimentlər aparmaq, müasir teatrın nəbzini tutmaq,
cavan rejissorlara geniş meydan vermək. Teatra yeni
formalar, düşüncələr gəlməlidir. Müasir teatrın yeni növləri öyrənilməli,
təbliğ olunmalıdır. Onun
texnikasından tutmuş bədii məziyyətlərinə qədər
hər incəliklərini bilməliyik. Teatr
üzünü tamaşaçıya çevirməlidir.
Bir sözlə, tamaşa cəlbedici olmalıdır.
Müsahibəni apardı: Atababa İsmayıloğlu
Ədəbiyyat
qəzeti.- 2011.- 13 may.- S.4.