"Qızıl kəlmə"nin sevinci

     

Mayın 7-də M.F.Axundov adına Milli Kitabxanada keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl kəlmə" mükafatı qaliblərə təqdim edildi.

Tədbiri mədəniyyətturizm naziri Əbülfəs Qarayev açaraq bildirdi ki, son illər nazirlik Azərbaycan Yazıçılar Birliyilə bərabər bir çox layihələr həyata keçirib. "Ölkəmizdə dövlət səviyyəsində mədəniyyətimizin, söz sənətimizin inkişafı təbliği istiqamətində böyük işlər görülüb, layihələr reallaşdırılıb. Bir nazirlik olaraq işimizi bu istiqamətdə qururuq. Belə layihələrin həyata keçirilməsi prosesi təbii olaraq şair yazıçılarla əlaqələrimizin genişlənməsinə kömək edir

Artıq ikinci dəfədir ki, "Qızıl kəlmə" mükafatının təqdimetmə mərasimində bir araya gəlirik. Nüfuzlu münsiflər heyəti müsabiqəyə təqdim edilən əsərləri diqqətlə oxuyaraq dəyərləndiriblər. Əlbəttə, bu, bir növ məsələnin texniki tərəfidi. Əsas olan odur ki, bu əsərlər yaranıb, ədəbi fakt kimi dəyərli oxuculara təqdim olunub. Təbii ki, dövlət səviyyəsində xüsusi mükafatların verilməsi çox əlamətdardır. Bu, əsl yaradıcı insanlara vacib dəstək və əməyinin qiymətləndirilməsi vasitəsidir… Sevindirici haldır ki, kitaba maraq artır".

Sonra Mədəniyyət Turizm Nazirliyinin məsul işçisi, tanınmış şair Vaqif Bəhmənli müsabiqənin gedişi nəticələri haqqında məlumat verdi. Bildirdi ki, müsabiqəyə son iki ildə çap olunan 25 kitab təqdim edilib. Bütün əsərlər münsiflər heyətinin hər bir üzvü tərəfindən oxunub mayın 3-də müsabiqə komissiyasının yekun iclası keçirilib. Səsvermənin nəticələri ümumiləşdirildikdən sonra yetərli keçid balları toplayan əsərlər müəyyən edilib. Münsiflər heyətinin yekun nəticəsinə görə, ədəbi-tənqid və publisistika əsərləri nominasiyası üzrə xalq yazıçısı Anarın "Unudulmaz görüşlər", nəsr əsərləri nominasiyası üzrə Natiq Rəsulzadənin "Çitayuşşiy mısli" və Varisin "Bir ovuc torpaq" romanları, poeziya əsərləri nominasiyası üzrə Əjdər Olun "Yaşa" Ağacəfər Həsənlinin "Ümidimin adına küçə" şeir kitabları mükafata layiq görülüb. Bədii tərcümə əsərləri nominasiyasında Telman Vəlixanlı M.Dostoyevskinin "Karamazov qardaşları" romanınaKamran Nəzirli "Heç kim heç vaxt ölmür" tərcümələr kitabına görə qalib seçilib. "Qızıl kəlmə" ədəbi mükafatı çərçivəsində "Şans" ödülü - Nəriman Əbdülrəhmanlıya (Andrey Platonovun "Seçilmiş əsərləri" tərcümələr kitabı) və Əbülfət Mədətoğluna ("Ürəyimdəki sənsən" şeirlər kitabı) verilib.

Tədbirdə çıxış edən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qeyd etdi ki, hər bir yaradıcı şəxsin öz əsərinə diqqət ummaq haqqı var: "Bunun rəsmi olması daha önəmlidi. Yaradıcı insanların həmişə qayğıya ehtiyacı olur. Mən bu cür diqqəti yüksək qiymətləndirirəm. Ədəbiyyat xüsusi bir sahədiona xüsusi qayğı göstərilməlidir."

Xalq yazıçısı, AYB-nin sədri Anar onun əsərinə verdikləri yüksək qiymətə görə münsiflər heyətinə dərin təşəkkürünü bildirdi: "Aleksandr Blokun bir şeirində belə ifadə var: "Gözlənilməz sevinc". Bu mükafat da mənim üçün gözlənilməzdi. Yazıçılar Birliyinə rəhbərlik etdiyim dövrdə mükafata heç bir əsər təqdim etməmişəm. Bu təşəbbüs Sabir Rüstəmxanlıdan, Nizami Cəfərovdan Rəşad Məciddən gəlib. Hər kəsə təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi bizim təklif arzularımıza həmişə diqqətlə yanaşıb".

AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov bildirdi ki, münsiflər heyəti üzərlərinə düşən işə kifayət qədər məsuliyyətlə yanaşıb.

Təbii ki, təqdim edilən əsərlər say etibarı ilə azdı. Ancaq məzmun, peşəkarlıq baxımından çox dəyərli əsərlərdi. Yaxşı olar ki, həmin əsərlər yenidən nəşr olunsun. Bu, həm də oxucu diqqətinə yönəldir".

Mükafatçılardan Natiq Rəsulzadə, şair Əjdər Ol mükafata layiq görülmələrindən duyduqları məmnunluğu ifadə edib, təşkilatçılara münsiflərə minnətdarlıq bildirdilər. Mükafatçılar, həmçinin "Təhsil" nəşriyyatının baş direktoru Bəhruz Axundov ölkədə kitab çapı və nəşriyyat işinə dair məsələlərdən söz açdılar, bu sahədəki vəziyyətdən, problemlərdən və mümkün perspektivlərdən danışdılar. Çıxışlarda Azərbaycanda kitaba qayğının daha da artırılması, kitab yayımı sahəsində önəmli addımlar atılmasının vacibliyi başqa bu kimi məsələlər barədə fikirlər, təkliflər səsləndirildi.

Sonra nazir Əbülfəs Qarayev deyilən fikirlərə, təkliflərə münasibət bildirdi, görülən tədbirlər və həyata keçiriləcək işlər barədə məlumat verdi. Mərasimin sonunda qaliblərə "Qızıl kəlmə" laureatları üçün nəzərdə tutulan diplom, döş nişanıpul mükafatı təqdim olundu. "Şans" ödülü qazanan yazarlar da mükafatlandırıldı.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 13 may.- S.2.