"Folklorşünaslıq məsələləri"nin yeni sayı

  

 Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə nəşr olunan "Folklorşünaslıq məsələləri" jurnalının növbəti sayı oxuculara təqdim edilib. Yeni say professor Azad Nəbiyevin "Mif mifologiya problemləri" məqaləsilə açılır. Məqalədə Qafqaz xalqlarının mifologiyaları içərisində tarixən özünün əski mürəkkəb strukturu ilə seçilən Azərbaycan mifologiyasının özəlliklərindən ətraflı söz açılır.

Rafiq Babayevin "Etnokosmik düşüncə: Bəzi məsələlər (Naxçıvan materialları əsasında)", Kamil Hüseynoğlunun "Novruzun tarixi coğrafiyasına dair", Anar Məmmədovun "Novruz onun ekoloji aspektləri", Şakir Albalıyevin "İlaxır çərşənbələr", Ülkər Nəbiyevanın "Oğuz eposunda qəhrəmanlıq ənənələri", Könül Həsənovanın "Kitabi-Dədə Qorqud"da adqoyma andiçmə mərasimləri", Cabbar İşankulun (Özbəkistan) "Dünya bulmaca" adlı araşdırmaları da jurnalın bu sayında yer alıb.

Kəmalə İslamzadə, Almaz Hüseynova, Ramil Əliyev, Səhər Orucova, Qalib Sayılov başqalarının folklor yaradıcılığından bəhs edən məqalələri oxunaqlı materiallardandır.

Ayaz Vəfalının qədim əziz Novruz bayramının çətin ictimai şəraitlərdə, eləcə 60-cı illərdə ədəbi həyatımızda, xüsusənƏdəbiyyat qəzetisəhifələrində necə ağır məsuliyyətli məqamlar yaşandığından söz açan "Xalqımızın müstəsna xidməti" məqaləsi, həmçinin Flora Davudqızının "Henrix Fridrix Fon Ditsin Şərq məhəbbəti türkçülük sevgisi", Nizami Xəlilovun "Şah İsmayıl Xətai yaradıcılığında aşıq şeiri ənənələri", Almara Vəzirqızının "Qarabağ aşıq mühiti - Aşıq Həmid" məqalələri, eləcə Lətafət Ələkbərova, Leyla Hüseynovanın folklor yaradıcılığı, aşıq sənətilə bağlı araşdırmaları yeni sayda yer alıb.

Toplu həmçinin Molla Qasımın (XIII əsr) şeirlərindən nümunələri, "Yeddi qardaş, bir bacı" nağılının avar variantını L.Hüseynovanın təqdimatında oxuculara çatdırıb.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.- 2011.- 4 noyabr.- S.2.