"Yujnıy
Kavkaz"
Noyabrın 2-də
Yazıçılar Birliyinin Natəvan klubunda Avropa Birliyinin
maliyyələşdirdiyi "Yujnıy Kavkaz"
almanaxının təqdimat mərasimi keçirildi. Tədbiri
almanaxın Azərbaycan təmsilçisi və redaktoru,
"Ulduz" jurnalının baş redaktoru Elçin
Hüseynbəyli açdı.
Sözügedən
almanaxın yaranması barədə qərar bu ilin
yanvarında Amsterdamda keçirilmiş toplantıda qəbul
edilib.
Cənubi
Qafqazın beş ədəbiyyatını (Azərbaycan,
gürcü, erməni, osetin, abxaz) birləşdirən
almanaxın ildə iki dəfə rus dilində nəşri nəzərdə
tutulur. Bu ilin sonuna kimi almanaxın ikinci sayı çapdan
çıxacaq. Nəşr 70x100 formatda, 250 səhifədən
ibarətdir.
Dərginin
ilk sayına azərbaycanlı müəlliflərdən Səlim
Babullaoğlu, Elxan Zal Qaraxanlı, Rafiq Tağı, Məqsəd
Nur və Elçin Hüseynbəylinin əsərlərindən
nümunələr daxil edilib.
Almanaxın
nəşri Avropa Birliyinin "Güney Qafqazda dialoq və
psixoloji sədlərin keçilməsi" layihəsi çərçivəsində
həyata keçirilir. Təşkilatçı İngiltərənin
"İnterneşinel Alyort" Qeyri Hökumət təşkilatıdır
və layihə "Ədəbiyyat millətləri
ayırmır, barışdırır" prinsipinə və
xalq diplomatiyasına əsaslanır.
Azərbaycan
təmsilçisi və redaktoru "Ulduz" jurnalının
baş redaktoru Elçin Hüseynbəyli olan almanaxın təqdimat
mərasimində Səlim Babullaoğlu, Yunus Oğuz, Mahirə
Abdulla, Abbas Abdulla, Əvəz Həsənov, Kərim Kərimov,
Əli Kərimbəyli çıxış edərək təqdim
olunan almanax haqqında öz fikirlərini
açıqladılar.
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 4 noyabr.-
S.4.