"Mamin-Sibiryak" mükafatının azərbaycanlı laureatı

        

 Bu günlərdə Maqnitaqorsk şəhərinin Operabalet teatrında qələbəlik idi. Rusiya federasiyası Yazıçılar İttifaqının, rus ədəbiyyatının gələcəyi ilə bağlı növbəti konfransı Uralın bu möhtəşəm şəhərində keçirilirdi. Tədbirin tamamında Rf-sı Yazıçılar Birliyinin həmsədri, Dövlət mükafatı laureatı yazıçı Albet Lixanov Ural-Sibir yazıçılarının iki üzvünü - Xantı-Mansiyskidən olan Sergey KozlovuNefteyuqans şəhərini təmsil edən, Tümenin fəxri vətəndaşı, soydaşımız Knyaz Qoçağı "Mamin Sibiryak" ədəbi mükafatı ilə təltif etdi. Rusiya federasiyası və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Knyaz Qoçaq bu uğura bu il Tümendə çap olunan "Bılı v sadu abrikosı" (Bağda ərik var idi…") kitabındakı xalqlar dostluğu motivlərinə görə layiq görülüb. Tədbirdə tanınmış rus tənqidçisi, Ural Dövlət Universitetinin professoru Leonid Bıkov Knyazın bədii yaradıcılığı haqqında ürək sözlərini söyləyib. Şad xəbər "Yuqra-inform"un internet səhifələrindəki məlumatlarında daha ətraflı əks olunub.

Bu günlər Knyaz Qoçaq Azərbaycandakı və Rusiya federasiyasındakı qələm dostlarından yüzlərcə təbrik teleqramları alıb. Knyazın uğuruna şərik olanların sırasında Çingiz Hüseynov, Yeremey Aypin, Dmitri Mizqulin Vladimir Beryazev kimi tanınmış qələm sahibləri var. Bizbu təbriklərə qoşulur və həmkarımıza yaradıcılıq uğurları arzulayırıq.

 

 

M.Oruc 

 

Ədəbiyyat qəzeti.- 2011.- 18 noyabr.- S.6.