Aqşin Babayev - 75
Hörmətli
Aqşin müəllim!
Sizi -
tanınmış yazıçı, publisist
və ədəbiyyatşünas alimi 75
yaşınızın tamam olması
münasibətilə təbrik edirik.
Siz ədəbi
yaradıcılığa tələbəlik illərindən
başlamısınız. İlk dəfə
1958 -ci ildə "Azadlıq uğrunda" adlı hekayə ilə
oxucuların görüşünə gəlmisiniz. Həmin vaxtdan keçən yarım əsrə
yaxın müddətdə iyirmidən artıq
kitabınız işıq üzü görüb. 1964- cü
ildə ilk kitabınız "Cazibəli
üfüqlər" adlı hekayələr toplunuz
çapdan çıxıb. "Həmişəbahar", "Bir
parça həyat", "Ağ ulduzlar", "Bir ürəyin hərarəti", "Dünya vəfalıdır",
"Ayrılıq", "Sünbül
ətri" adlı kitablarınıza daxil
olan povest və hekayələriniz
maraqlı, bitkin obrazlarla,
həyat hadisələrinə yanaşma tərzi
ilə diqqəti cəlb edir, geniş oxucu
auditoriyası qazanır. Dramaturgiyaya da müraciət etmisiniz.
"Yaralar", "Cəza", "Tufan", "Düşmən", "Bir parça həyat"
adlı pyesləriniz müxtəlif teatrlarda
və televiziyada səhnələşdirilmişdi.
Ədəbiyyatşünas alim kimi də fəaliyyətiniz diqqətəlayiqdir.
"Müasir türk dramaturgiyası", "Türk ədəbiyyatı müntəxabatı",
"Müasir türk
ədəbiyyatında ictimai motivlər",
"Kino sənətinin təməl
daşı", "Azərbaycan kino sənətində
ədəbi əsərlərin təcəssümü" və
s. kitablarınız elmi
axtarışlarınızın nəticəsidir. Çoxşaxəli
yaradıcılığınıza publisistika
və bədii tərcümə də daxildir.
Əziz Nesinin, Haldun Tanerin, Terensin, Stefan Sveyqin
yaradıcılığından nümunələri dilimizə
çevirmisiniz. Aktual,
ictimai mövzulara həsr
olunmuş publisistik
kitablarınız maraqla
qarşılanmışdır.
Əmək
fəaliyyətinizin böyük bir hissəsi Azərteleradio şirkəti ilə
bağlıdır. Burada kiçik
redaktor vəzifəsindən sədr müavini vəzifəsinədək səmərəli
əmək yolu keçmisiniz.
On beş il Milli Məclisin mətbuat
xidmətinin rəhbəri olmusunuz. Eyni zamanda
Respublikamızın ali məktəblərində
dərs demisiniz və bu
fəaliyyəti davam etdirirsiniz.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində kafedra müdirisiniz.
Filologiya elmləri
doktoru, professorsunuz. Uzun müddətdir ki, Ali Attestasiya
Komissiyasında ekspert şurasının üzvüsünüz. Əməkdar jurnalist adına layiq görülmüşsünüz.
Hörmətli
Aqşin müəllim! Sizi
bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2011.- 18
noyabr.- S.4.