Bənövşə əkilib xiyabanlara…
Bənövşə əkilib xiyabanlara,
İri daş tabaqda kövrək bənövşə.
Dedim ki: - Siz
hara, bu yerlər hara?
Sevindim mən sizi görcək, bənövşə.
Gördüm boyunları əyilib yana,
Əyilib onları oxşadım bir-bir.
Dedim: - Gəlin gedək Azərbaycana,
Sonra gec olar
ha… İstilər düşür.
Gedək dağ döşünə, yaşıl
meşəyə,
Burdan asta-asta qoparım sizi.
Gəlin, siz inanın,
inanın mənə,
Özümlə vətənə aparım sizi.
Yəqin tanıyırsız şair Osmanı,
Sizə şeir yazdı, saldı dillərə.
Gəlin sevindirək yenidən onu,
O sizi tapşırar doğma əllərə.
Bəlkə də aparıb
Qarayazıya,
Özü öz əliylə
torpağı əkdi.
Gəlin razı olun siz bu
arzuya,
Bilsəniz o çöllər necə qəşəngdir.
Necə mehribandır vətən torpağı,
Bir günü qürbətin ilinə dəyər.
Gəlin tərk eləyin bu daş tabağı,
Tez solar kökündən
ayrı düşənlər…
Yuxuma gəlmişdin
Bu axşam yuxuma gəlmişdin, gülüm,
Bu da mənim ücün
bir nemət idi.
Indi yuxularda mənim gördüyüm,
Bir zaman var
idi, həqiqət idi...
Gördüm ki, Gülüstan
bağıdır yenə,
Təbrizin üstünə enibdir axşam.
Gördüm ki, üzünü
tutaraq mənə,
Dedin: - Gəl gedək, çox yorulmuşam...
Gülüstan bağından birlikdə çıxdıq,
Saatqabağına getdik yanaşı.
Ərkə məhəbbətlə
dayanıb baxdıq,
Yadında qalıbmı o dərbəd başı?!
Ora çatan zaman dayandı bir an,
Gördüm ki, əlini
uzatdın mənə...
Hazırsan oyanıb qalxdım yuxudan,
Əlim toxunanda sənin əlinə...
Baxdım, ətrafıma yenə də sənsiz,
Yenə də həsrətlə
qəlbim döyündü.
Elə bil yenicə
ayrılmışdıq biz,
Əlinin istisi əlimdə
idi...
O gecə sübhədək
yata bilmədim,
Ötən günlərimi yaşadım bir də.
Nə yaxşı söyləyib atalar, dedim:
"Sevinc də bir yerdə, qəm də bir yerdə.
Ömür bir aləmdir,
arzu bir aləm
Arzu mənzilimə əllərim çatmaz.
Nə mən o günlərə qayıda
billəm ,
Nə də günlərim
geri qayıtmaz.
Fəqət azalmamış ümidim mənim,
Bir gün əllərinə çataçaq
əlim.
Sənin həsrətinlə keçən günlərim
Vüsal günlərinə qovuşar, gülüm.
İyun, 1980
Dağlar
Yenə sizi gördüm,
könül tərlanı
Vətən dağlarına uçdu, a dağlar.
İndi Savalanın başının üstə
Sıxıb gözlərini buludlar ağlar,
Dağlar, a dağlar!
Saldınız yadıma ötən günləri,
Necə gözəl imiş vətən günləri,
Hərdən xatırlaram həmən günləri,
Sanki gözlərimdə qaynar bulaqlar,
Dağlar, a dağlar!
Çapanda atımı üzüyuxarı,
Başıma qonmuşdur Səhəndin qarı,
İndi gördüyünüz
bu ağ
saçları
Yadigar vermişdir mənə o çağlar,
Dağlar, a dağlar!
Qoy deyim, səsimi
eşitsin aləm,
Qürbət ölkələrdə
yüz il
də gəzsəm,
Vətən torpağının həsrətindəyəm,
Xəyalım uzaqdan sizi
qucaqlar,
Dağlar, a dağlar!
Məni unutmayın, dönəcəyəm mən,
Əlimdə bənövşə,
lalə, yasəmən,
Keçib Sərdavadan, Vilədirədən,
Yanımda tanışlar, dostlar, qonaqlar,
Yenə seyrinizə dalaram, dağlar,
Dağlar, a dağlar!
Ömrüm
Ağlaya-ağlaya gəldim dünyaya,
Dünyadan gedəndə
Nə üzümdə göz yaşım olacaq
Nə də kipriklərimdə
nəm.
Bunu indidən bilirəm.
Dostlarım, əzizlərim ağlayacaq yəqin
Düşəcək yadıma mən də,
Ağlamışam dünyaya gələndə.
Körpə gözlərimə
Dünya div göründü,
- ağladım.
Əllərim bələyə büründü, ağladım.
Dedilər xorttan var,
Damdabaca var, ağladım.
Saqqalı özündən uzun qoca var
ağladım.
Ağladım, səsimdən qorxdum,
Agladım özüm-özümdən
qorxdum.
Agladım ayaqlarımı yerə döyə-döyə,
Agladım, bu dünyaya
gəldim niyə?
Sonra qəzəbimi uda-uda,
Havadan tuta-tuta.
Qalxdım ayağa ...
Durdum; getdim ...
Yıxıldım, qalxdım, getdim ...
Ancaq bilmədim hara gedirəm ...
Arxada qaldı körpəlik illərim,
Beşik yerim, qundaq
yerim ...
Arzularım tutdu əllərimdən
Bir gün tox oldum,
Bir gün qaldım ac.
Onda bildim nədir
ehtiyac
...
Sinəm dolu söz
oldu,
Hər kəsə deyə bilmədim.
Qürurumdan əyilmədi.
Yandım öz içimdə,
Yanan şam kimi.
Əridim gilə-gilə,
Kiçildim gilə-gilə
Öz içimə çəkildim bilə-bilə.
Şam şamdanda sönən kimi,
Bilirəm sönərəm mən də.
Qalar içimdə
Vətən həsrəti,
Təbriz həsrəti.
Nigaran gedərəm dünyadan
Əgər çəkən olmasa
Mənsiz həsrəti...
(Mən çəkən həsrəti)
1991
Balaş Azəroğlu
Ədəbiyyat qəzeti.- 2011.- 18 noyabr.-
S.1-3.