Şairin ev muzeyində
Bu günlərdə xalq şairi Səməd Vurğunun ev muzeyində
qüdrətli söz ustasının
yaradıcılığını tədqiq və təbliğ
edən ədəbiyyat araşdırıcıları bir araya gəldilər. Mərasimi filologiya üzrə fəlsəfə
doktoru Aslan Salmansoy açaraq
vurğuladı ki, əslində hər bir azərbaycanlının qəlbində öz Vurğunu var, ədəbi mühitə
parladığı ilk illərdən yönü bəri Səməd Vurğun irsi, şəxsiyyəti
müqəddəs məbədlərimizdən biri
kimi tədqiq
edilib: "Ədəbiyyatşünas alim Cavanşir Yusifli yaxın günlərdə böyük şairin irsini tədqiq edən tədqiqatçılardan,
o cümlədən filologiya
üzrə fəlsəfə doktoru Şirindil Alışanlı haqqında söz açarkən doğru
qeyd etdi ki, bu insanlar
Vurğuna vurğun
gözlərlə nəzər salırlar. Eyni
fikir bir neçə ay bundan əvvəl ədəbiyyatşünas
Qurban Bayramov
haqqında da səsləndirilib və bu, çox təbiidir. Səməd
Vurğun yaradıcılığı bütün dövrlərdə layiqli tədqiqatçılarını
tapıb. Bu ənənə yenə də
uğurla davam etdirilir. Vurğunşünas
alimlərdən Rəhim Əliyev, Qurban Bayramov, Şirindil
Alışanlı, Fəridə
Vəlixanlı bu sahədə daha sistemli tədqiqat
aparıblar. Bu sıraya gənc ədəbiyyatçıların
da qatılması təbiidi. Belə ki, Nəzakət Qafqazlı Aygün,
Babulova və Ələmdar
Cabbarlının araşdırmaları xüsusi
maraq doğurur".
S.Vurğunun ev muzeyinin direktoru
Aygün Vəkilova mərasimi davam etdirərək dedi:
"Babamın yazı masası önündə fəxr və
qürurla deyirəm ki,
sizlər də Səməd Vurğunun
övladları kimisiniz. Biz
eyni mənəvi dəyərlərdən,
ruhdan keçib gəlirik
və bu mənəvi bağların ən
etibarlısından biri də Səməd
Vurğun məbədidi…"
Sonra
o, böyük şairin adını daşıyan
diplomları ədəbiyyatşünas alimlərdən Şirindil Alışanlı, Rəhim Əliyev,
Fəridə Vəlixanlı, Nəzakət
Qafqazlı, Aygün Babulova,
Ələmdar Cabbarlıya və Qazax
Xeyriyyə Cəmiyyətinin sədri Vidadi
Bayramova, sədr müavini
Rövşən Babanlıya təqdim etdi.
Mərasimdə
çıxış edənlər milli-mənəvi dəyərlərimizin,
S.Vurğun irsinin
yaşadılmasında muzeyin gördüyü gərəkli işdən ətraflı
söz açdılar, Xavər
xanımın, Aybəniz xanımın və Yusif
Səmədoğlunun xatirəsini böyük
şairin işıqlı ruhuyla baş-başa yad etdilər.
S.Əsgərli
Ədəbiyyat qəzeti.- 2011.- 18
noyabr.- S.2.