İrəvan
teatrı Türkiyədə
Mətbuatdan
məlum olduğu kimi,
ulu öndər Heydər Əliyevin həyatından
bəhs edən "Xilaskar" pyesi (Aqşin Babayev) Türkiyə teatrsevərlərinə
təqdim olunacaq. Bununla
bağlı məlumatı Manisa valisi Xəlil İbrahim Daşöz ilə görüşdə Azərbaycan
Mədəniyyət və Həmrəylik dərnəyinin sədri
Seyfəddin Ayakyay deyib.
S.Ayakyay AzərTAc-a bildirib
ki, görüşdə valiyə İrəvan
Dövlət Azərbaycan Teatrının noyabrın 14-dən
22-dək Türkiyəyə qastrol səfəri
haqqında məlumat verib. Dərnəyin
sədri qeyd edib ki, 129 illik zəngin tarixi olan bu
sənət məbədinin Türkiyə, o
cümlədən Manisa
tamaşaçısına göstərəcəyi tamaşalar da qardaş xalqlarımızın ortaq tarixi ilə
bağlıdır. Belə ki,
ulu öndər Heydər Əliyevin həyatından
bəhs edən "Xilaskar" və Çanaqqala döyüşlərində azərbaycalıların
qəhrəmanlığına həsr edilmiş
türk yazıçısı Zehni Papaqçının əsəri əsasında
hazırlanan "Soyqırımı abidəsinin
dastanı" tamaşaları teatrsevərlərə təqdim
olunacaq. Türkiyənin İstanbul,
Ankara, Qars,
İqdır şəhərlərində də
çıxış edəcək teatr kollektivi zəlzələdən zərər
çəkmiş Van şəhərində
də teatrsevərlərlə görüşəcək.
Yeri gəlmişkən
onu da qeyd
edək ki, "Xilaskar"
pyesi bundan əvvəl
Gürcüstanda və Dağıstanda uğurla tamaşaya qoyulmuşdur.
Ədəbiyyat qəzeti.- 2011.- 18
noyabr.- S.2.