Orijinaldan tərcümə
Luçano De Kreşentso 1928-ci ildə Napolidə anadan olmuşdur. Kino rejissoru,
aktyor və televiziya verilişləri aparıcısıdır. Bədii yaradıcılığa 1977-ci ildə "Bellavista belə demişdir" romanı ilə başlayıb. "Raffaelle"
(1978), "Bellavistanın Napolisi"
(1979), "Deyəsən, dünən
axşam" (1997), "Qadınlar
müxtəlifdir" (1999), "Bellavistanın düşüncələri"
(2005), "Demək olar
ki" (2007) və s. əsərlərin müəllifidir.
"Yunan fəlsəfəsi
tarixi" (1983), "Orta
əsrlər fəlsəfəsi
tarixi" (2002), "Müasir
fəlsəfə tarixi"
- Nikkolo Kuzanodan Qalileo Qalileiyə qədər" (2003), "Müasir
fəlsəfə tarixi
- Dekartdan Kanta qədər" (2004) kimi
elmi araşdırmaları
ilə məşhurlaşıb.
1977-ci ildən 2000 -ci
ilə qədər -
23 ilin ərzində,
7 milyonu İtaliyada olmaqla, ümumilikdə 18 milyon tirajla 24 kitabı çap olunub. Əsərləri
22 dilə tərcümə
edilib, dünyanın
25 ölkəsində yayılıb,
4 filmin rejissoru, 7 filmin ssenari müəllifi, 8 filmin aktyor kimi iştirakçısıdır,
kitablarına və filmlərinə görə
saysız-hesabsız mükafatlara
layiq görülüb.
L.De Kreşentso görkəmli
qələm sahibi olmaqla yanaşı, antik fəlsəfəsinin
yorulmaz təbliğatçısı
kimi də tanınır, uzun müddətdir ki, Qədim Yunan mifologiyası əsasında
Mediaset kanallarında yayılan məşhur televiziya proqramının müəllifidir. 1994-cü
ildə Afina şəhərinin fəxri
vətəndaşı seçilib.
Oxuculara təqdim olunan parçalar "Bellavista belə demişdir" əsərindən
götürülüb. Əsər bir-birinə zidd
iki düşüncə
tərzini, - milanolu və napolitan həyat fəlsəfəsini
qarşı-qarşıya qoyan,
maraqlı məişət
səhnələrindən ibarət
orijinal romandır.
Cəmşid Cəmşidov
Ədəbiyyat qəzeti.- 2011.- 18 noyabr.- S.5.