Ey mənim xalqım,
ey mənim ümidim
və pənahım!
Ürəyimin
istiliyi səndədir, fikrim
işığını səndən alır, həyatımın
nəşə və sevincinə bais sənsən!
Həyat yolunun sürüşkən
döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan.
Amansız qorxu başımın üstünü alaraq məni
ağır fikirlərə saldığı zaman,
xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən
üz döndərdiyi zaman
yeganə dayanacağım sən olmusan.
O
zaman ki, qaranlıq
içərimə kölgə salmağa
başlayıb, tənhalıq duyğusu
ürəyimi qurd kimi
yeməyə başlayıb, onda sənin munis, mehriban, müqəddəs
səsini eşitmişəm. Bu səs məni
həyata bağlamış, yaşamağa,
mübarizə etməyə, çirkabları aradan
qaldırmağa ruhlandırmışdır. Qoluma qüvvət verən,
iradəmi möhkəmlədən bu səs
sənin səsindir, ey mənim hər
şeydən əziz, hər şeydən gözəl, hər
şeydən yüksək, hər şeydən nəcib və
mərhəmətli xalqım!
Mirzə İbrahimov
Ədəbiyyat qəzeti.- 2011.- 25
noyabr.- S.1.