Təbrik

  

Tanınmış yazıçı, publisist və ədəbiyyatşünas alim Aqşin Babayevin 75 yaşının qeyd olunduğu bu günlərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, xalq yazıçısı Elçin, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, şair-dramaturq Hidayət Orucov ona təbrik teleqramı göndərmişlər.

 

Hörmətli Aqşin Babayev!

 

Sizi - müasir ədəbiyyatımızın görkəmli nümayəndəsini anadan olmanızın yetmiş beş illiyi münasibətilə ürəkdən təbrik edirəm. Siz bu yubileyi həm bədii əsərləriniz, həm elmi tədqiqatlarınız, həm də yüksək insani keyfiyyətlərinizlə alnıaçıq, üzüağ qarşılayırsınız. Biz sizi istedadlı, zəhmətkeş, təvazökar və xeyirxah bir yazıçı, pedaqoq şəxsiyyət kimi tanıyırıq. Bütün bu cəhətlər də sizə nüfuzlu oxucu məhəbbəti və dost hörməti qazandırmışdır.

Sizi bir daha ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq qələbələri arzulayıram.

 

 

ELÇİN,

Azərbaycan Respublikası

Baş nazirinin müavini,

xalq yazıçısı

 

Ədəbiyyat qəzeti.- 2011.- 25 noyabr.- S.4.